Ana səhifə / Kriminal (səhifə 737)

Kriminal

Təcili yardım maşını iki məktəbli qızı vurdu – Bakıda

Bakının Nəsimi rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Azinforum.az “Report”a istinadən xəbər verir ki, Rəşid Behbudov küçəsində yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Eyvazova Nazlı və həmyaşıdı Osmanova Aliyəni təcili yardım xidmətinə məxsus “Mercedes” markalı avtomobil vurub. Xəsarət alan hər iki uşaq xəstəxanaya yerləşdirilib. Hər iki uşaq …

Ətraflı oxu »

Zərərçəkənlərdən Eldar Mahmudova “güllə kimi” sözlər

Pərviz Həşimli: “Etdiyin haqsızlıqları, qanunsuzluqları elə bilirsən unutmuşam?”; Maqsud Mahmudov: “Üz-üzə gəlsəm ona bir kəlmə deyəcəyəm – adam kişi olar, pulu da kişi kimi qazanar”   Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilməkdədir. Artıq sabiq nazir 3 dəfə istintaqçıların sualalrını …

Ətraflı oxu »

Əli Kərimlinin müavini həbsxanada qaldı

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının ev dustaqlığına buraxılmaması haqda Nəsimi Rayon Məhkəməsinin qərarını qanuni sayıb. Bunu G.Bayramlının vəkillərindən biri Zibeydə Sadıqova bildirib. Vəkil deyib ki, noyabrın 7-də Nəsimi Rayon Məhkəməsi G.Bayramlının barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətini rədd edib. …

Ətraflı oxu »

Şahdağdakı nöqsanlara göz yuman vəzifəli şəxs CƏZALANDI – Polisin müdaxiləsi ilə

Şahdağ Qış-Yay Turizm Kompleksinin Təhlükəsizlik Xidmətinin rəisi Eldəniz Əliyev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb. “Report” xəbər verir ki, onun barəsində Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsində Turizm Kompleksində istirahət edən turistlərdən çoxsaylı şikayətlər, habelə E.Əliyevin müəyyən arzuolunmaz dairələrlə əlaqəsi olması barədə məlumatlar toplanıb. Materiallar Mədəniyyət və Turizm …

Ətraflı oxu »

Telman İsmayılovun apellyasiya şikayəti rədd edildi

“Beynəlxalq axtarışda olan Moskvanın Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov heç vaxt gizlənməyib. O, son üç ildə Türkiyədə yaşayıb”. Azinforum.az apa-ya istinadən xəbər verir ki, bunu Telman İsmayılovun vəkili Marina Razina bildirib. “Telman İsmayılov heç vaxt gizlənməyib. Onun xaricdə olması ilə bağlı xəbər Rusiyada deyil, uzun illər xaricdə yaşamasına əsaslanır. Son …

Ətraflı oxu »

“Qoca”yla Ağamini qaçıran qadında xəstəlik tapıldı – Dispanserə yerləşdirildi

Xüsusi təyinatlı vaqondan qaçan məhbuslara kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyevada vərəm xəstəliyi aşkarlanıb. Azinforum.az-ın APA-ya istinadən xəbərinə görə, G. Atakişiyeva Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə yerləşdirilib. Onun müayinəsi davam etdirilir. Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci …

Ətraflı oxu »

Zəvvarlar Biləsuvarda qəzaya düşdü – Foto

Biləsuvar rayonunda zəvvarları daşıyan avtobus qəzaya düşüb. “Qafqazinfo” xəbər verir ki, 30 zəvvarın olduğu avtobus minik avtomobili ilə toqquşub. Bir neçə sərnişin xəsarət alıb və Biləsuvar rayon xəstəxanasına yerləşdirilib. Zəvvarlar Kərbəla ziyarətindən qayıdırmışlar.

Ətraflı oxu »

Ceyranbatanda məktəbdə faciəvi dava – araya girən xadimə aldığı xəsarətdən ölüb

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb. “Report”un xəbərinə görə, şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzəriyevaya davada iştirak edənlərdən birinin təpiyi (ayaq zərbəsi) dəyib. O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsarətlər alan xadimə əməliyyat masasında ölüb. Faktla bağlı …

Ətraflı oxu »

Bakı metrosunda həyacanlı anlar – Qadın relslərin üstünə yıxıldı

Noyabrın 15-də səhər saatlarında metronun “Xalqlar Dostluğu” stansiyasında qadın qatar relsinə yıxılıb. Bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, hadisə səhər saat 08:18 radələrində baş verib: “1963-cü il təvəllüdlü Sevda Osmanova adlı sərnişin “Xalqlar Dostluğu” stansiyasında qatar …

Ətraflı oxu »

İcra başçısının imzasını saxtalaşdıran şəxs ifşa edildi

İcra hakimiyyətinə məxsus sənədi saxtalaşdıraraq tikintiyə icazə verən şəxs ifşa edilib. Xəzər TV-nin məlumatına görə, Abşeron Rayon İcra Hakimiyyətindən polisə məlumat daxil olub ki, Əkrəm Məlikov adlı şəxs rayon ərazisində saxta sərəncamla tikinti aparıb. Dərhal hadisə yerinə gələn polis araşdırmalara başlayıb. Əkrəm Məlikov ifadəsində bildirib ki, 80 sot torpaq sahəsində …

Ətraflı oxu »