Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal (səhifə 681)

Kriminal

Xanəndə olan qızını çimərliyə getdiyi üçün bıçaqlayan anaya cəza kəsildi

İki uşaq anasına hökm oxunub. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. Proses hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub. Məhkəmədə hökm oxunub. Aynurə Rüstəmova barəsində şərti cəza hökmü çıxarılıb. Bildirək ki, təqsirləndirilən ana qızının xanəndə olduğunu bildirib. İttiham …

Ətraflı oxu »

Bakıda zavodda güclü yanğın başlayıb

Bu dəqiqələrdə Bakının Nərimanov rayonunda güclü yanğın başlayıb. “Qafqazinfo” xəbər verir ki, Keşlə qəsəbəsində yerləşən Qara Metal Zavodunda yanğın davam edir. Yanğını söndürməyə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub.  

Ətraflı oxu »

Bakıda ərəb turistin başına reklam lövhəsi düşdü

Bakıda müşahidə edilən güclü külək bir nəfərin xəsarət almasına səbəb olub. “Report” xəbər verir ki, Küveytdən olan 1990-ci il təvəllüdlü turist Fəhad Saəd Abdullah Nizami küçəsi ilə gəzişərkən əsən güclü külək nəticəsində başına reklam löhvəsi düşüb. Nəticədə o, qapalı kəllə-beyin travması alıb. Yaralı “təcili yardım” maşını vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaralının …

Ətraflı oxu »

Yeni doğulmuş körpə yanaraq öldü – Faciə

Beyləqan rayonunda yeni doğulmuş körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.  “ Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, rayonun Şahsevən kəndində evlərdən birində yanğın olub. Belə ki, mənzilin pəncərəsinin pərdəsi sobanın üstünə düşüb və yanğın başlayıb. Yanğın qısa müddətdə pərdənin yanındakı divana keçib və bu zaman divanda yatan …

Ətraflı oxu »

Göyçayda şagirdi tərəfindən bıçaqlanan müəllimin – Fotoları

Göyçay rayonunda müəllimini bıçaqlayan şagirdlə bağlı bəzi məqamlar aydınlaşıb.  “ Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, Göyçay şəhər 7 saylı tam orta məktəbdə hərbi hazırlıq müəllimi Elşən Süleymanovu dərs vaxtı bıçaqlayan 9-cu sinif şagirdi N.B təhsil müəssisəsində çətin tərbiyə olunan şagird kimi tanınıb. Belə ki, atasız böyüyən 15 yaşlı …

Ətraflı oxu »

Türkiyədə 10 uşaq anasını öldürən azərbaycanlı gənc tutulub

Türkiyənin İqdır vilayətində 74 yaşlı qadını öldürən azərbaycanlı gənc saxlanılıb. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin araşdırması nəticəsində 10 uşaq anası olam Şəfiqə Severi öldürən şəxsin Azərbaycan vətəndaşı 23 yaşlı T.R olduğu ortaya çıxıb. Polis onu 24 saat ərzində törətdiyi cinayət aləti ilə birgə saxlayıb. Polis əməkdaşının verdiyi …

Ətraflı oxu »

Generalın oğlu hökmlə razı deyil

Xuliqanlıqda ittiham olunan Rüstəm Orucov və Pərviz Abbasovun barələrində olan hökmdən ilkin apellyasiya şikayəti verilib. Bu barədə R.Orucovun vəkili Kamandar Nəsibov bildirib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Qeyd edək ki, R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilb. R.Abbasovla K.Vəliyev hər biri 1 il …

Ətraflı oxu »

Bakıda qadının oğurluq anı kameraya düşdü – VİDEO

Bakının Bakıxanov qəsəbəsinin “talkuçka” adlanan ərazidə mağazadan oğurluq olub. BAKU.WS-in məlumatına görə, oğurluq anı müşahidə kamerasına düşüb. Belə ki, qadın mağazaya daxil olaraq əvvəlcə vitrindəki qab-qacaqlara baxıb. Daha sonra, videoda görünən qadın vitrindəki çayniki görürərək mağazanı tələsik tərk edir. Qadının oğurluq anını təqdim edirik

Ətraflı oxu »

Dekan müavini tələbəyə ağır cəza verilməsini istədi – məhkəmə təmin etmədi

Bakıda tələbə ilə dekan müavini arasındakı məhkəmə çəkişməsinə apellyasiya məhkəməsində də baxılıb. Musavat.com xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin, həmin fakültənin tələbəsi olan Zəka Mirağayevə qarşı iddiasına Yasamal Rayon Məhkəməsində baxılmışdı. Hökmə əsasən Z.Mirağayev 1 il müddətinə islah işlərinə cəlb edilməklə onun aylıq əmək …

Ətraflı oxu »

Kənd sakinləri qaçırılan azyaşlı qızdan danışdılar: – “Gərək onu tapaq, çünki bilmirik ki…”

Bərdə rayonunda həmkəndlisi tərəfindən qaçırılan 16 yaşlı qız hələ də tapılmayıb. Rayonun Lənbəran kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, qaçırılan qız texnikumda oxuyur. “Atası şikayət edib. Neçə gündür, hamı qızı axtarır. Hələ ki, onları tapa bilməmişik. Qız oğlana qoşulub gedib. Gərək onu tapaq. Çünki bilmirik, qız onu sevir ya yox”. …

Ətraflı oxu »