Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal (səhifə 632)

Kriminal

42 yaşlı lənkəranlının qulağını kəsdilər

Lənkəran sakini bıçaqlanıb. “ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləj kəndinin ərazisində qeydə alınıb. Həmin kəndə qonaq gedən Girdəni kənd sakini, 1976-cı il  təvəllüdlü Vaqif Balaxan oğlu Əliağayev qayıdarkən yolda tanımadığı şəxslərlə mübahisə edib. Sonradan düşən dava zamanı V. Əliağayevin qulağı kəsilib. Yaralı Lənkəran Rayon Mərkəzi …

Ətraflı oxu »

Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib – VİDEO

Türkiyənin Dənizli bölgəsində azərbaycanlı qadın qətlə yetirilib. AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Türkay İsayeva adlı qadının meyiti yaşadığı binanın girişində tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri onun aldığı xəsarətdən öldüyünü bildiriblər. Kameralara baxış keçirilərkən kimliyi açıqlanmayan bir kişinin T.İsayevanı döydüyü müəyyən edilib. İddiaya görə, …

Ətraflı oxu »

Ziya Məmmədovun qardaşı oğlunun zərərçəkmiş olduğu işlə bağlı DİN-ə soğru göndərilib

Ziya Məmmədovun qardaşı oğlunun şikayətçi olduğu şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib. İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılıb. Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir …

Ətraflı oxu »

18 yaşlı gənc yoxa çıxıb

Qaradağ rayonu Qobustan qəsəbəsi sakini Novruzov Samir Kamil oğlu 6 gündür yoxa çıxıb.  Bu barədə “Qafqazinfo”ya S. Novruzovun anası Reyhan Novruzova məlumat verib. O qeyd edib ki, aprelin 11-i səhər saat 10-un yarısında oğlu evdən çıxıb: “Həmin gün ərzində oğlumun telefonuna zəng çatsa da, sonradan telefonu söndürülüb. Restoranda ofisiant işləyirdi, …

Ətraflı oxu »

Bakıda tanınmış professorun evinə basqın edən şəxs ifadə verdi…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvləri – Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəmə iclası davam etdirilib. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Musayev ifadə verib. O söyləyib ki, hadisədən öncə quldurluq niyyətindən xəbəri olmayıb, telefonları isə özündə saxlamayıb: “Sadəcə, avtovağzalda …

Ətraflı oxu »

“Qardaşlarım məni şantaj edir” – Millət vəkili

“Haqqımda ailəmlə bağlı problemlərin olduğu haqda elektron mediada ikinci dəfə çıxan xəbərləri çox üzüntü və təssüf hissi ilə qarşıladım. Keçən dəfə ailə üzvlərimin mediaya verdiyi açiqlamalarda şər və böhtana məruz qalmağıma baxmayaraq, susmağı, pis və ya yaxşı o ailənin bir parçası olduğumu qəbul edərək, ailəmi mediada müzakirə mövzusuna çevirməməyi qərara …

Ətraflı oxu »

Polis sahə müvəkkili Salyanda baş verən qəzada dünyasını dəyişdi

Ötən gecə Salyan-Neftçala yolunun Salyanın Kürqaraqaşlı kəndindən keçən hissəsində baş vermiş avtomobil qəzası nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yüksək sürətlə idarə olunan “Lada Priora” markalı 47 BE 630 dövlət nömrə nişanlı avtomaşın sərt döngədə idarəetməni itirərək dirəyə çırpılıb. Ağır xəsarət alan sürücü …

Ətraflı oxu »

Ağsuda çörək sexi yanaraq kül oldu – Video

Bu gün səhər saatlarında Ağsuda mərkəzi bazarının yanında yerləşən çörəkbişirmə sexində yanğın olub. “ Azinforum.az ” xezerxeber.az-a istinadən xəbər verir ki, yanğının söndürülməsinə Ağsu, İsmayıllı və Kürdəmir dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı müəssisənin 313 kvadratmetrlik hissəsi yanıb. Xəsarət alan olmayıb. Yanğının …

Ətraflı oxu »

Baş leytenant qəzada həlak oldu

Ötən gecə Salyan rayonunda ağır yol qəzası baş verib. “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Neftçala rayon sakini 1994-cü il təvəllüdlü Niftəliyev Rza Hirran oğlu “Priora” markalı minik avtomobilini idarə edərkən idarəetməni itirib və avtomobil Kürqaraqaşlı kəndində yol kənarındakı dirəyə çırpılıb. Neftçala Rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı …

Ətraflı oxu »