Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları (səhifə 7)

Köşə Yazarları

Hətta sabah olmasa da… – Hüseynbala Səlimov

Xatırlayırsınızsa, müxtəlif KİV-lər noybarın birinci dekadasında Azərbaycan və Ermənsitan liderlərinin görüşəcəyi və iki mühüm sənəd imzalayacağı haqqında xəbərlər yaymışdı. Amma rəsmi mənbələr bu xəbərləri təsdiq etmədi. İndi də etmir. Ona görə də konkret bir söz demək olmur: görüş olacaq, ya olmayacaq?Amma burada mühüm olan başqa detaldır. Bir çox təhlilçilərin fikrincə, …

Ətraflı oxu »

Şəxsi və müvəqqəti ehtiraslarının nökəri…

İnsan sosial deyil, daha çox asosial varlıqdırCovid-19 pandemiyasının varlığı, ona qarşı peyvəndin tətbiqinin faydası haqqında bu qədər təbliğatın aparılmasına baxmayaraq, insanlar nə üçün buna müqavimət göstərib cürbəcür fatalist bəhanələr, qondarma səbəblər uydurararaq peyvəndləmədən imtina edirlər? Bu suala cavab vermək üçün bir az cəmiyyətin dərinliklərinə enməkdə fayda var. İnsan həqiqətən sosial varlıqdırmı? …

Ətraflı oxu »

Ümumi təşəkkür mədəniyyət(sizliy)imiz – Məhəmmədəli QƏRİBLİ

Azərbaycanda çox lazımsız bir ənənə formalaşıb. İş burasındadı ki, bunu hamı görür, ancaq reaksiya verən yoxdur. Məsələn, biri övladına toy edir. Görürsən ki, məclisə 300-400 adam dəvət edib. Toy başlayan kimi, ata mikrafonu əlinə alıb, xoşgəldim edir. Bir çox hallarda nəyin şahidi oluruq? Valideyn deyir: “ Hörmətli qonaqlar, məclisimizdə filan …

Ətraflı oxu »

QRAÇİK MURADYANA AÇIQ MƏKTUB

Bu məktubu sizə – oğulları yad torpaqlarda həlak olmuş əsgər atalarına dərin hüznlə yazıram, – ən azı övlad itkisinin nə qədər ağır oldugunu bildiyim üçün… Məktubumun yalnız sizə deyil, məntiqsiz müharibə və münaqişələrin acısını dadmış bütün insanlara, az da olsa, təskinlik gətirəcəyinə, yəni, bölüşmək istədiyim fikirlərimin tərəfinizdən səmimi qarşılanacağına inanıram: …

Ətraflı oxu »

Ölüm hökmündən… ÖLÜMün hökmünə doğru – Bahəddin Həziyev

Cinayətin cəzası və cəzanın cinayəti haqqında publisistik düşüncələr Eldar Həsənovun baş prokuror olduğu dövrdə dəfələrlə istintaqa cəlb olunmuşam. Təbii ki, peşəmlə bağlı. Və bu “nəzakətli dəvət”lərin birində prokuror xəbərdarlığı ilə “mükafatlandırılmış” adamlardanam. İndi bunların təfərrüatlarına varmayacağam. Eldar Həsənov da, dəfələrlə yazıldığı, deyildiyi kimi, bəlli sistemin, rejimin yetirməsi idi; onu bu …

Ətraflı oxu »

Şəhidin qapısını tanımır, şəhid qədri bilən çıxıb…

İki illik gərgin iş qrafikindən sonra iki gün dincəlməyə qərar verdim. Uşaqları götürüb Bakldan çıxanda özümə söz verdim ki, internetdən, ələlxüsus da sosial şəbəkələrdən uzaq qalacağam. Azərbaycanda sosial şəbəkələr çoxdan enerji qəbiristanlığına çevrilib. Olan-qalan enerlimi də orda dəfn etməyim ağılsızlıq olardı… Bakıdan İsmayıllıya uzanan enişli-yoxuşlu yolun yorğunluğunu canımdan çıxarmağa macal …

Ətraflı oxu »

Maynşteyndən dəmir yumruğa – Esse

Mart min doqquz yüz qırx. Bir konfransda söz alan Uinston Çörçill: – Qüdrətli Fransız ordusu üçün Tanrıya şükür edirəm… Çörçil zənn edirdi ki, Fransanın hərbi qüdrəti durdura biləcək faşist Almaniyasını… Doqquz may min doqquz yüz qırx… “Majino keçilməz”, – deyən fransızlar təkəbbürlə burunları havada gəzirdilər… Ağılın ağıldan üstün olduğunu hardan biləydilər? On may… Reyx orduları Fransaya hücum etdi, amma …

Ətraflı oxu »

Qarabağ oyununda fransız müdafiəsi…

Üçüncü həmsədr ölkə kimə lazım idi və niyə görə o, məhz Fransa oldu – etiraf edək ki, bu prosesin detallarını artıq unutmuşuq.Amma yaxşı yadımızdadır ki, təkcə siyasi müşahidəçilər yox, hətta adi insanlar belə Parisin üç həmsədr ölkəsindən biri olmasından bərk narazı idilər. İlk iki həmsədr – Rusiya və ABŞ onsuz da …

Ətraflı oxu »

Bütün müştərilərini toyuna çağıran taksi sürücüsü…

İki gəncin sevib-sevilməsi müqəddəs duyğudur. Bu gənclər ömür yollarını birləşdirəndə onların həyatında yeni mərhələ başlayır. Şərq xalqları, xüsusilə biz azərbaycanlılar toy mərasimlərinə xüsusi önəm veririk. Mən bunda pis, qeyri-adi heç nə görmürəm. İnsan öz doğmasının, dostunun, sirdaşının əziz günündə onun yanında olmalıdır. Pandemiya səngidiyi üçün ölkəmizdə toyların keçirilməsinə yenidən icazə …

Ətraflı oxu »

Bütün didərginlər Ağcabədiyə dönəcək

“Haqqımızda padşah vermiş fərmanı, Fərman padşahındır, dağlar bizimdir” (Dadaloğlu) İyunun 2-də xəbər lentində çox qəribə bir informasiya oxumuşdum, üstündən 1 həftəyə yaxın zaman keçir, lakin mən hələ də o xəbərin təsiri altındayam. Xəbərdə deyilirdi: Ağcabədi şəhərinin baş planını Nazirlər Kabineti təsdiqləmişdir. Sən demə, Ağcabədinin sonuncu baş planı 1987-ci ildə hazırlanıbmış, …

Ətraflı oxu »