Bazar ertəsi , May 20 2019
Ana səhifə / Köşə Yazarları (səhifə 2)

Köşə Yazarları

OĞURLANMIŞ BARELYEFİN HİKMƏTİ

Rəsmi məlumat belədir: “Yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib. Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir. …

Ətraflı oxu »

Rüstəm bəy öz “gələcəyini” elan etdi…

Rüstəm İbrahimbəyovun bir neçə ildir hərdən mediada peyda olan siyasi bəyanatlarının arxasında dayanın siması qəribə şəkildə Üzeyir Hacıbəylinin Rüstəm bəy obrazına bənzəyir. Bu oxşarlıq və bənzərlik yalnız adın doğurduğu assosasiya ilə bağlı deyil – hərgah, bunu da istisna etmək olmaz. Amma əsas məsələ budur ki, Üzeyir bəyin Rüstəm bəyi ilə …

Ətraflı oxu »

Əkrəm, başına saldığı daşın altından boylandı…

Susurdu xeyli müddət idi. Zatən cəmiyyət üçün marağını itirib bu adam. Öz doğma kəndi Əylisi erməni kəndi elan etməsinin ardından elə gözdən düşmüşdü ki, danışsa belə kimsənin bəyənəcəyi halı yoxdu. Danışdıqca özünü batırırdı və o üzdən danışmamaq işinə yarayırdı. Amma anlaşılır ki, bu qədər susqunluğa dözə bilmədi və əlinə verilən …

Ətraflı oxu »

“Azercell” soyğunçuluq edir – Seymur Verdizadə yazır

Telefon mənimçün qısa ünsiyyət vasitəsidir. Xaricdə yaşamağın üstünlüyündən danışan həmsöhbətim ölkəmizdə mobil rabitə xərclərinin baha olmasından şikayətlənmişdi: “Bakıya gələndə cibimdəki pulun yarısından çoxu telefon danışıqlarına sərf olunur”. Jurnalist marağı güc gəldiyi üçün onu bir qədər sorğu-sual etmişdim. Beləliklə, məlum olmuşdu ki, Ukraynada mobil rabitə xərci Azərbaycanda hər gün istifadə etdiyimiz …

Ətraflı oxu »

Pritça oğrusu Arif Əliyev media “pristav”ı rolunda – Taleh Şahsuvarlı yazır

Siz qərəzli danışırsınız, Arif Əliyev! Siz primitiv danışırsınız!.. Siz xalqın, dövlətin, medianın maraqlarından yox, iddialarınızla potensialınız arasındakı uçurumdan heç vəchlə çıxa bilməyən bioqrafiyanızdakı uğursuzluqların məsuliyyətini başqa çiyinlərə yıxmaq üçün danışırsınız!.. Siz öz qərəzinizlə, dayazlığınızla, bacarıqsızlığınızla, amma yerə-göyə sığmayan ambisiyalarınızla sadəcə və sadəcə fitnəkarlıq edirsiniz… Çox uzaq keçmişin söhbəti deyil, bir …

Ətraflı oxu »

“Şər imperiyası” çökmədikcə… Ukrayna etüdləri

Ötən həftəni Ukraynada keçirdim. Almaniyanın Təhlil və Siyasi Dialoq İnstitutu adlı təşkilatının dəvətlisi olaraq getmişdim bu ölkəyə. Hazırda böhran və əsasən də Rusiya ilə kəskin qarşıdurma şəraitində olan Ukraynada münaqişənin fəsadları və məcburi köçkünlərin durumunu öz gözlərimizlə görmək idi əsas məqsədimiz. Bizimlə birgə Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrindən Gürcüstan və …

Ətraflı oxu »

Nə yaxşı ki, görüşdük… – Esmira Ismayılova yazır

Etiraf edirəm- bu yazını yazmaq həm çətin, həm məsuliyyətli gəlir mənə. Kövrək xatirələr dilə gələndə məntiq susur. Jurnalist peşəkarlığının önəmi yox belə məqamda.Burda əsas ürəkdir , bir də bu ürəkdən köz alan xatirələr, onları çözmək, düzmək bacarığı… 24 oktyabr 2018-ci il.Hər birimizin yaddaşımızın güncündə bir ömür boyu əzizləyəcəyimiz bir tarix …

Ətraflı oxu »

Qaçqın evləri haqda köhnə əhvalat

Zamin HACI “Yeni yaxşı unudulmuş köhnədir” (aforizm) 1994-cü ildən yazıram, o üzdən bəzi detallar yadımdan çıxıb, üzürlü sayın. Sonralar Müsavat Partiyasının, ümumən Azərbaycanın tanınmış iqtisadçı ekspertlərindən, siyasətçilərindən birinə çevriləcək yaxın dostum Qubad İbadoğlu ilə İmişliyə getmişdik. O zaman Qubad bəy İqtisadiyyat İnstitutunu təzə bitirmişdi, hansısa qəzetdə işləyirdi. Mən də eyni …

Ətraflı oxu »

İnsan hüquqları Tanrı nemətidir – Şəmsəddin Əliyev

Bəşəri dəyərlər sırasında insan hüquqları qədər müqəddəs sayılan İlahi nemət yoxdur. Yustinian (yunan filosofu) İnsan hüquqları “İnsan kimi yaşamağa” imkan verən vacib və hər birimizin təbiətinə, Allahın yaratdığı bioloji və sosial varlığın, yer üzünün zinətinin özgəninkiləşdirilməyən hüququdur. Yaşayırıqsa, deməli buna hüququmuz var, hüquq və azadlıqlarımız yoxdursa, demək yaşamırıq. Yaşamaq və …

Ətraflı oxu »

4 iyunda başladı, 4 oktyabrda bitdi – qısa karyeranın akkordları

İndi çox adamın yadında deyil, əslində bu günlər də ölkə tarixi üçün əlamətdar günlərdəndir. 24 il öncə bu günlərdə, ilıq-sərin oktyabr ayının əvvəlində ölkəmizin çarxını bir daha tərsinə çevirmək istəyənlər vardı. Bu adamlardan biri (birincisi demək mümkün deyil) də o vaxtın baş naziri Surət Hüseynov idi. 4 iyundan (1993-cü il) …

Ətraflı oxu »