Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları (səhifə 19)

Köşə Yazarları

Ordu, yoxsa qələm? – Zaur Əhməd

Milli Məclisin son iclasında yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı və qəbul olundu. Ordu məsələsində həssas olduğumu ətrafımdakılar bilir. Belə görürəm ki, hamı həssasdır. Lakin hərənin özünəməxsus həssas yanaşması var. Bu müxtəlifliyi Milli Məclisdəki müzakirələrdən də gördük. Ancaq mən bir məsələni – bəzi …

Ətraflı oxu »

Əkrəm Əylislinin səssiz yubileyi – Fazil Mustafa

  6 dekabr 2017-ci il tarixində XX yüzil Azərbaycan ədəbiyyatında təkrarolunmaz ədəbi mətnlərin müəllifi Əkrəm Əylislinin 80 yaşı tamam oldu. Bu yubiley tarixinin üzərindən sükutla keçilməsinin səbəbləri Azərbaycanda əksər insanlar üçün bəllidir. Dövlət adında olan bütün dəftərlərdən Əkrəm Əylisli adı tamamilə silinmiş. Bu məsələdə dövlətin haqlı olduğu mübahisəsiz qəbul olunan …

Ətraflı oxu »

Tualetdə yazılan sevgi mesajları – Seymur VERDİZADƏ

Sevib-sevilmək, könül verdiyi insanla ailə həyatı qurmaq hər bir gəncin arzusudur. Bəylik kostyumu oğlanlarımıza, gəlinlik paltarı qızlarımıza çox yaraşır. Arzusunda olan hər kəsə Allah nəsib etsin! Son illərin statistikası göstərir ki, qurulan ailələrin hamısı xoşbəxt ola bilmir. Baş tutan izdivaclar əksər hallarda tez pozulur, günahsız körpələr ata-anasız qalırlar. Bəzən isə …

Ətraflı oxu »

“Elə çək ki…” – BİR RƏSSAMIN TALEYİ

Elmar Hüseynov yazır “Əsl sevgi sonsuz bir üfüqdir. Sanarsan ki, yerlə göy birləşib. Üstünə gedərsən ki, o üfüqü bir boyunbağı kimi boynuna, boğazına dolayasan. Amma nə yazıq ki, sən getdikcə, o uzaqlaşar, elə üfüqdəcə yox olar…” Yazımı bu fikirlərlə başlamaqda məqsədim, oxuculara əsl sevgini anlatmaq, onun gözəlliyini, ülviliyini göstərmək deyil. …

Ətraflı oxu »

“İş adamı Qarabağ qazisinə “qolu-qıçı çolaq” deyir”- Könül Quliyeva yazır

Dekabrın 3-ü  bütün dünyada “Beynəlxalq Əlillər Günü” kimi qeyd olunur. Rəsmi statistikaya görə ölkəmizdə təxminən 450 min nəfərdən çox “əlillik” statusunda olan şəxs var. Mən də vətəndaş cəmiyyətinin bir fəalı olaraq, bu günün üzərindən sükutla keçməməyi özümə mənəvi borc bilirəm. Təbii ki “əlillərin” çoxsaylı mövcud problemlərinin bir yazı ilə həll …

Ətraflı oxu »

Əsa ilə gəzən icra başçısı və işsiz gənclər… – Seymur Verdizadə

Ötən həftə şair Əliağa Kürçaylının xatirələrini oxuyanda, maraqlı bir epizod diqqətimi cəlb etdi. Əliağa müəllim yazır ki, 1942-ci ildə gənc yazıçıların respublika müşavirəsində çıxış edəndə xalq şairi Səməd Vurğun onun sözünü kəsərək, harada oxuduğunu soruşub. Kürçaylının cavabı belə olub: “Oxumuram, fəhlə işləyirəm”. Səməd Vurğun başını bulayıb: “Fəhləliklə şairlik bir araya …

Ətraflı oxu »

Sovet jurnalistikası və başabəla televiziyalarımız… – Hüseynbala Səlimov

Sovet ədəbiyyatı və kinosu haqqındakı yazıların ardınca sovet jurnalistikası barədə də yazmağım, principcə, təəccüblü görünməməlidir, ən azı ona görə ki, sadaladığım ilk iki sahədən fərqli olaraq jurnalistika mənə daha yaxındır və hətta özümü bu sahədə müəyyən qədər “mütəxəssis” də saya bilərəm. Amma bilmirəm ki, həmin mövzuda əvvəllər də ara-sıra nəsə …

Ətraflı oxu »

Mənə dərs deyən pedofil müəllim – Könül Cəfərli

“Kabinetdə oturmuşdum. Gördüm 6-cı sinifdə oxuyan qız içəri girdi. Mənə hücum edib, dodağımdan öpməyə başladı. Çox çalışdım əlindən çıxa bilmədim. Sonra gördüm fikri başqadır, təcavüz də etmək istəyir. Bir təhər otaqdan qaçdım”. Belə bir açıqlama da verə bilərdi. Hələ Allahınıza şükür edin ki, bunu deməyib. Eləcə qızın şər atdığını söyləyib. …

Ətraflı oxu »

Fədayə məhz buna görə “Qoca”nı sevmişdi – Rza Rzayev

O, o baxışı, o “baxmamağı” sevib. Çoxdandı insanlarımız qurban vermir, ən yaxşı halda ildə bir dəfə qurban kəsirik, onu da öz aramızda qohuma – yaxına paylayırıq. İnanmırıq ki, kimsə qurbanı əsl ünvanına çatdıracaq və yaxud “qurban düşənlərə” çatdıracaq. Sadəcə həmişə yediyimizə bu dəfə Qurban adı qoyub yeyirik. Qurban verməyi tam …

Ətraflı oxu »

AZƏRCELL-Ə STOP!

Bunu deyən olacaqmı? Azərcell-in “müştəri məmnunluğundan” – yəni abonentləri tələyə salan mesaj oyunundan canımı qurtarmağımın bir ili yenicə tamam olmuşdu. Ötən il Azərcell-in 50-50; 53-53 …-dən gələn SMS yağışı bir aylıq əsəb müharibəsindən sonra nəhayət ki, durduruldu. Adıçəkilən qurumdan bildirilmişdi ki, innən belə reklam xarakterli SMS almayacağam. İl ərzində ara-sıra …

Ətraflı oxu »