Ana səhifə / İdman (səhifə 97)

İdman

Mahir Emreli vacib qol vurdu, penaltini qaçırdı – Video

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşa Superkubokunun oyununa çıxıb. Varşava təmsilçisi ötən mövsüm Polşa kubokunun qalibi olan “Rakuv”la qarşılaşıb. Hesabı 10-cu dəqiqədə “Rakuv” açıb. Matçın 58-ci dəqiqəsində meydana daxil olan Mahir Emreli məğlub olmaq üzrə olan komandasının vacib qolunu vurub. O, 90+3-cü dəqiqədə hesabı bərabərləşdirib. Nəticədə matç penaltilərə …

Ətraflı oxu »

Məmmədyarov Martirosyanla üz-üzə

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir. Dünya kubokunun üçüncü mərhələsində şahmatçılarımızın rəqibləri müəyyənləşib. Belə ki, otuz ikidəbir finalda kişi şahmatçılarımız — Şəhriyar Məmmədyarov ermənistanlı Haik Martirosyan, Nicat Abasov rusiyalı Andrey Yesipenko, Vasif Durarbəyli isə çexiyalı David Navara ilə mübarizə aparacaqlar. Qadın şahmatçılarımız – Günay …

Ətraflı oxu »

“Neftçi”dən növbəti transfer

“Neftçi” heyətini mərkəz müdafiəçisi ilə gücləndirib.Belə ki, portuqaliyalı Huqo Basto ilə 2 illik müqavilə bağlanıb. 28 yaşlı futbolçu “Neftçi”də 4 nömrəli formanı geyinəcək.Huqo Basto Portuqaliyanın “Varzim” (2012-2013), “Sportinq Braqa B” (2013-2015), “Aroka” (2015-2018), “Çaves” (2018-2020) və “Eştoril” (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya …

Ətraflı oxu »

Tərlan Əhmədov: ““Neftçi” 100 faiz məğlub olacaq”

Çempionlar Liqasının ilk təsnifat mərhələsində Tbilisi “Dinamo”sunu iki oyunun nəticəsinə əsasən məğlubiyyətə uğradan “Neftçi”nin növbəti rəqibi “Olimipiakos” olacaq. İkinci təsnifat mərhələsində Yunanıstan klubu ilə qarşılaşacaq flaqmanın oyunu haqda fikirlər birmənalı deyil. Komandanın qələbə qazanmasına baxmayaraq istənilən səviyyəyə gəlib çatmadığını düşünənlərdən biri də Azərbaycanın tanınmış mütəxəssislərindən olan, “Neftçi”nin sabiq baş məşqçisi …

Ətraflı oxu »

İtaliya-İngiltərə matçına görə 86 nəfər həbs edildi

London polisi AVRO-2020-nin İtaliya – İngiltərə finalı ilə əlaqədar qayda pozuntuları səbəbindən 86 nəfəri həbs edib. Belə ki, 53 həbs birbaşa “Uembli” stadionunda həyata keçirilib. İnsanlar ictimai asayişin pozuntusu, digər insanlara hücum və içkili vəziyyətdə olma ittihamları ilə tutulublar. İngiltərəlilərin italiyalı fanatlara hücumları da qeydə alınıb. Daha əvvəl məlum olub ki, …

Ətraflı oxu »

Avropa çempionatının ən yaxşı oyunçusu məlum oldu

AVRO-2020-nin ən yaxşı oyunçusunun adı bəlli olub. Bu, İtaliya millisinin qapıçısı Canluici Donnarummadır. O, turnir ərzində keçirdiyi yeddi matç ərzində qapısında cəmi dörd top buraxıb, İspaniya ilə yarımfinal və İngiltərə ilə final görüşlərindəki penaltilər seriyasında əsas qəhrəman olub. Həmçinin, AVRO-2020-nin ən yaxşı bombardiri də açıqlanıb. Bu, 1/8 finalda mübarizəni dayandırmış …

Ətraflı oxu »

İtaliya Avropa çempionu oldu

İyunun 11-dən iyulun 11-dək Avropanın 11 ölkəsində keçirilən AVRO-2020-yə yekun vurulub. 31 gün davam edən sayca 16-cı Avropa çempionatının həlledici qarşılaşması Londondakı “Uembli” stadionunda baş tutub. arixində ilk dəfə qitə çempionatının final oyununda qüvvəsini sınayan İngiltərə yığması doğma arenada İtaliyanı qəbul edib. Görüş erkən qolla başlayıb. Artıq 2-ci dəqiqədə Lük …

Ətraflı oxu »

Messi beşinci cəhddə Amerika Kubokunu qazandı, Argentina Braziliyanı məğlub etdi (FOTO)

Argentina millisi 28 illik gözləmədən və uzun illər çəkən əziyyətdən sonra yenə də Amerika kubokunu qazanıb. Braziliya ilə final oyununda bir qol kifayət edib: Anxel di Maria dərinlikdən Paulun ötürməsini sürətləndirərək, Lodinin səhvindən istifadə edib və Edersonu təkbətək döyüşdə məğlub edib. Braziliyalılar və argentinalılar bir-birinə təhlükəli epizodlar yaratmaqdan daha çox …

Ətraflı oxu »

“28 ildir, onunla oyunu gözləyirdim” – Şəhriyar Məmmədyarov

Xəbər verdiyimiz kimi, şahmatçımız Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Croatia Grand Chess Tour”un blits turnirinin 6-cı turunda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində 7 gedişə qələbə qazanıb. Məmmədyarov sosial şəbəkədə qələbə sevincini paylaşıb. “28 ildir, şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Oyunları …

Ətraflı oxu »

AFFA klublarımızın avrokubok oyunlarına azarkeşlərin buraxılmasına razılıq aldı

Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq. AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb. Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.

Ətraflı oxu »