Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman (səhifə 151)

İdman

“Liverpul” dünya çempionu oldu

Klublararası dünya çempionatına yekun vurulub. Turnirin finalında İngiltərənin “Liverpul” və Braziliyanın “Flamenqo” klubları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüşün əsas vaxtında hesab açılmayıb. Əlavə təyin olunmuş vaxtda Roberto Firminonun vurduğu qolla “Liverpul” qələbə qazanaraq mundialın qalibi olub.

Ətraflı oxu »

Sabiq Avropa çempionumuz ABŞ-da milyon dollarlıq döyüşə çıxacaq

Sərbəst güləş üzrə sabiq Avropa çempionumuz, 2008-сi il Olimpiadasında Azərbaycanı təmsil etmiş Əli İsayev MMA-da növbəti döyüşünü keçirəcək.Oxu.az xəbər verir ki, PFL (Peşəkar Döyüşçülər Liqası) 10 turniri çərçivəsində yeddi görüş baş tutacaq.Onlardan altısı hər çəkinin 2019-cu il üçün qalibini müəyyənləşdirəcək. Bunların içində ağırçəkili Əli İsayevlə Cared Roşoltun görüşü də var.Dağıstandan …

Ətraflı oxu »

Azərbaycanın ikiqat dünya çempionu ən yaxşı model seçilib

Azərbaycan idmançısı Milad Beiqi Harçeqani kişi taekvondoçular arasında ən yaxşı model seçilib. Apasport.az saytının məlumatına görə, ikiqat dünya çempionu Çinin Uşi şəhərində keçirilmiş “Böyük dəbilqə” turnirindən sonra bu nominasiyanın qalibi adına layiq görülüb. Olimpiya mükafatçımız mövsümün yekunu ilə bağlı baş tutan Qala gecədə mükafatlandırılıb. Qeyd edək ki, Harçeqani (80 kq) …

Ətraflı oxu »

“Məqsədim Azərbaycanımızı layiqincə təmsil etmək idi” – Emil Balayev

İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən ilin futbolçusu seçilən millimizin və “Tobol”un (Qazaxıstan) qapıçısı Emil Balayev bu barədə açıqlama verib. Futbolçu sosial şəbəkə hesabında mükafatla bağlı təsürratlarını bölüşüb: “2019 mənim üçün xüsusi bir mükafatla başa çatdı. Çox çətin, eyni zamanda uğurlu bir il idi. Yenidən legioner olmaq və mənim üçün tamamilə …

Ətraflı oxu »

Qəzaya düşdüyü deyilən milli futbolçumuzla bağlı – Açıqlama

Millimizin sabiq qapıçısı Kamran Ağayevin avtomobil qəzası keçirməsi ilə bağlı xəbərlər yayılıb. Bu barədə futbolçu özü sosial şəbəkədə paylaşım edib. Hadisənin doğru olub-olmamadığını öyrənmək istəsək də, futbolçu zənglərimizi cavabsız qoyub. Tanınmış qolkiper zənglərimizə cavab vermədiyi üçün onun yaxın dostu, futbolçu Ruslan Əmircanovla əlaqə saxladıq. Lakin “Yeni Sabah”a açıqlama verən R. …

Ətraflı oxu »

Son iki duel: biri Sumqayıtda, digəri Bakıda

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. Sonun oyun günündə iki cavab görüşü baş tutacaq. Günün ilk start fiti Sumqayıtda səslənəcək. Şəhərin eyni adlı komandası doğma meydanda “Neftçi”ni qəbul edəcək. Bu rəqibinə səfərdə 1:0 hesabıyla qalib gəlmiş “kimyaçılar” bu üstünlüklərini qorumağa, paytaxt təmsilçisi isə əzmkar qələbə …

Ətraflı oxu »

Seks qalmaqalı ilə gündəmə gələn milli futbolçumuz cəzalandırıldı

Bir neçə gün əvvəl seks qalmaqalı ilə gündəmə gələn Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov 2 oyunluq cəzalandırılıb. Bu barədə İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi qərar verib. Bildirilir ki, buna səbəb “Albasete”nin formasını geyinən 27 yaşlı yarımmüdafiəçinin İspaniya Sequndasının XX turunda “Rayo Valyekano” ilə matçın 45+4-cü dəqiqəsində rəqib oyunçunu …

Ətraflı oxu »

Şəhriyar yenə şikayətləndi – “Yenidən ayağa qalxacam”

Bir müddət öncə sponsor və dəstək olmamasından şikayətlənən Şəhriyar Məmmədyarov yenidən gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, bu dəfə türkiyəli yazar Dimes Hak beynəlxalq qrossmeysterimizin dəstəksiz qalması ilə bağlı feysbukda paylaşım edib.  Hak Şəhriyara məşqçisinin olmamasını xüsusi vurğulayıb: “Şəhriyar Məmmədyarov namizədlər turnirindən kənarda qaldı. Bu onun üçün psixoloji olaraq zərbədir. Ona …

Ətraflı oxu »

Qurban Qurbanov ilin məşqçisi seçildi – Fotolar

Azərbaycanda 2019-cu ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib. Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.  64 mətbu orqanından 68 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2019-cu ilin ən yaxşı məşqçisi seçilib. O, 59 səs toplamaqla birinci olub. …

Ətraflı oxu »

Güləşçimiz erməni rəqibini məğlub etdi

İranda keçirilən “Day of children” turnirində Azərbaycanın yeniyetmə sərbəst güləşçisi Ramiq Heybətov bürünc medal qazanıb. 55 kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız həlledici və prinsipial görüşdə erməni rəqibinə tam üstünlüklə qalib gəlib. Görüş Heybətovun 19:6 hesablı qələbəsi ilə başa çatıb.

Ətraflı oxu »