Ana səhifə / İdman (səhifə 147)

İdman

2019-cu ilin ən çox izlənilən qarşılaşmaları – SİYAHI

“Transfermarkt” portalı 2019-cu ildə dünya futbolunun 10 ən çox izlənilən matçının siyahısını dərc edib.  Birinci pillədə 2018/2019 mövsümündə Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” (İspaniya) – “Liverpul” (İngiltərə) oyunu qərarlaşıb. “Nou Kamp” stadionunda keçirilmiş həmin görüşdə 98 299 tamaşaçı olub. Matç Kataloniya komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.  CAR liqasının 9 …

Ətraflı oxu »

“Barselona” Semedonu 50 milyon avroya satır

“Barselona” klubunun rəhbərliyi bu yay Nelson Semedo ilə yollarını ayırmağı düşünür. Bu barədə “Sport.es” məlumat yayıb. Qeyd olunub ki, klub portuqaliyalı müdafiəçi hesabına 50 milyon avro qazanmaq istəyir. Belə ki, “Barselona” klubunun idman direktoru Erik Abidal bu yaxınlarda Dubay şəhərində portuqaliyalı müdafiəçinin agenti Jorje Mendeş ilə görüşüb. Agent görüş zamanı …

Ətraflı oxu »

“Qarabağ”la qarşılaşmaq istəmirəm” – “Qəbələ”nin sabiq baş məşqçisi

“Azərbaycan adı çəkiləndə məndə müsbət enerji yaranır. Azərbaycan mənim yaddaşımda ən xoş təəssüratlarrla qalıb. Azərbaycanlılar xeyirxah və gözəl xüsusiyyətləri olan xalqdır. Yığma barədə nəsə danışmaq çətindir. Azərbaycan milli komandasının heç bir oyununu izləməmişəm, ancaq nəticəyə baxmışam”. Bu sözləri “Qəbələ”nin sabiq baş məşqçisi, “Astana” klubunun hazırki çalışdırıcısı Roman Qriqorçuk Qazaxıstan mətbuatına …

Ətraflı oxu »

Uqandalı yüngül atlet yarış zamanı finişdə qələbəni bayram edərək, uduzub- VİDEO

Uqandalı yüngül atlet Yakob Kiplimo Braziliyada qaçış zamanı sona yaxın qələbəni bayram etməyə başlayıb və uduzub. “Report” xəbər verir ki, bu barədə NBC məlumat yayıb. Qeyd edilir ki, o, arxasında keniyalı rəqibi Kibivott Kandinin olmasını nəzərə almayıb. Uqandalı 19 yaşlı atlet finişə çatanda qələbəni bayram etmək üçün əllərini yuxarı qaldıranda məlum olub ki, keniyalı onu ötüb. …

Ətraflı oxu »

Şenol Günəş: “Bakıda 50 mindən çox azarkeşin dəstəyi bizi pley-offa çıxaracaq”

“Bakıda Olimpiya stadionunda keçiriləcək Avro-2020-nin oyunlarının artıq xəyalını qurmağa başlamışam”. Bu sözləri futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş İdman TV-də yayımlanan “Ay-ulduzlu liqa” verilişində qonaq olarkən deyib. O, bildirib ki, tribunalarda Türkiyə və Azərbaycan bayraqlarını, 50 mindən çox azarkeşin dəstəyini düşündükdə, Türkiyə komandasının Bakıdan maksimum xalla ayrılaraq …

Ətraflı oxu »

Fariz Nəcəfov “Qəbələ”nin idmançılarına fəxri fərman verdi

“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov klubun digər idman növləri üzrə idmançı və məşqçiləri ilə görüşüb. Qaynarinfo xəbər verir ki, görüşdə 2019-cu ildə uğur qazanmış klub üzvləri iştirak edib. İdmançılardan Bəşirova Gülşən (cüdo), Yusifov İmran (cüdo), Uşangi Kokauri (cüdo), Abbasov Bəxtiyar(MMA), Abbasov Nəriman (MMA), Ağayev Rafael (karate), Alfonso Dominqos (boks), Kamran …

Ətraflı oxu »

Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov FİDE reytinqində geriləyib

FİDE yeni ilin ilk reytinq cədvəlini açıqlayıb.  Apasport.az saytının məlumatına görə, yanvar üçün müəyyənləşən siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb. Onlardan 5-i kişi qrossmeysterdir. Milli üzvlərindən ən yaxşı göstərici yenə Şəhriyar Məmmədyarova məxsusdur. 2770 xala malik 35 yaşlı qrossmeyster ötən ayla müqayisədə 1 pillə geriləyib və 8-ci yerə enib.  Teymur Rəcəbov …

Ətraflı oxu »

FIFA oyundankənar vəziyyət qaydasını dəyişmək istəyir

Futbolda oyundankənar vəziyyətin müəyyənləşdirilmə qaydası tezliklə dəyişikliklərə məruz qala bilər. “Report”un “The Times” nəşrinə istinadən verdiyi məlumata görə, hazırda FIFA ofsaydı üzə çıxarmağın yeni yolunu nəzərdən keçirir. Artıq oyunçu rəqibə nəzərən bütün bədəni ilə qapıya yaxın olacağı təqdirdə qayda pozuntusu qeydə alınacaq. Lakin potensial yeniliyə münasibətdə ali futbol qurumunun özündə …

Ətraflı oxu »

Azərbaycanlı döyüşçü dünya çempionu oldu – Video

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev “Rizin Gran Prix 2019” turnirinin qalibi olub. “Report”un məlumatına görə, Yaponiyaın Saitama şəhərində turnirin final mərhələsi çərçivəsində həmyerlimiz Tofiq Musayev və “Pitbull” ləqəbli braziliyalı Patrik Freire üz-üzə gəlib. Birinci raundda əlinin sınmasına baxmayaraq, döyüşü davam etdirən T.Musayev ikinci raundda rəqibini rinqdən kənara atıb. Hakimlərin yetkin …

Ətraflı oxu »

Cüdoçularımız 2019-cu ili uğurla başa vurublar

Başa çatmaqda olan 2019-cu il Azərbaycan cüdoçuları üçün uğurlu olub. İdmançılarımız rəsmi beynəlxalq yarışlarda çoxlu sayda medallara və tarixi nailiyyətlərə imza atıblar. Bu il ərzində böyüklər, gənclər, yeniyetmələr, paralimpiyaçılar və veteranlardan ibarət milli yığma komandalarımızın üzvləri iştirak etdikləri beynəlxalq səviyyəli yarışlarda 159 medal qazanıblar. Bunlardan 40-ı qızıl, 46-sı gümüş və …

Ətraflı oxu »