Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman (səhifə 141)

İdman

AFFA avrokuboklara getmək istəyən klublarımız üçün yeniliklər etdi

Aprelin 1-də UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.İclasda klubların lisenziyalaşdırma proseduru ilə bağlı aşağıdakı dəyişikliklərlə bağlı müvafiq qərarlar qəbul olunub:1. Gələcək maliyyə məlumatının hazırlanması və qiymətləndirilməsi ilə bağlı klubların lisenziyalaşdırılması müddəalarının müvəqqəti təxirə salınmasıCOVID-19 pandemiyasının Avropa ölkələrində yayılması və futbola təsirini nəzərə alaraq, klublarda lisenziyalaşdırma prosesinin başa çatdırılmasını asanlaşdırmaq üçün gələcək …

Ətraflı oxu »

Azərbaycan çempionatında qalib elan olunub

Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin videokonfransı keçirilib. Yığıncaqda kororavirus pandemiyası üzündən dayandırılan kişi basketbolçular arasında Azərbaycan çempionatının taleyi müzakirə olunub. Fevralın 29-da keçirilən XX turundan sonra dayandırılan Superliqanın davam etdirilməməsi qərara alınıb. Fasiləyə qədər 38 xalla birinci pillədə olan “Zirvə Astara” ölkə çempionu elan edilib. 34 xala malik “Atom” 2-ci, …

Ətraflı oxu »

“Real“ın əfsanəvi futbolçusu öldü

“Real”ın əfsanəvi futbolçularından olan Qreqorio Benito vəfat edib. Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qreqorio Benito 1966 – 1982-ci illərdə “Real”da çıxış edib. Qeyd edək ki, sabiq mərkəz müdafiəçisi komanda ilə 6 dəfə La Liqanın, 5 dəfə isə İspaniya kubokunun qalibi olub.

Ətraflı oxu »

“Təmizliklədirsə, niyə məşhurlar koronavirusa yoluxur, “bomj”lar yox?” – Azərbaycanlı futbolçu

“Çempionatda yetərincə fasilə yaranıb. Məşq yox, oyun yox. Əslində Bakıya qayıtmaq yaxşı olardı. Amma Azərbaycanda da karantin rejimi gücləndirilib. Bəlkə də qayıtmağın mənası yoxdur. Burda da evə oturmuşam”. Bu fikirləri “Report”a açıqlamasında Estoniyanın “Trans Narva” klubunda çıxış edən azərbaycanlı futbolçu Nurlan Novruzov deyib. 27 yaşlı hücumçu ölkəyə qayıtmaqla bağlı səfirliyə …

Ətraflı oxu »

UEFA Türkiyə klubunu cərimələdi

UEFA Türkiyənin “Başakşəhər” futbol klubunu 1500 avro məbləğində cərimələyib. Azvision.az xəbər verir ki, buna səbəb İstanbul klubu azarkeşlərinin Avropa Liqasının 1/8 final mərhələsində “Kopenhagen”lə oyun zamanı fişəng yandırmaları olub. Cərimə 90 gün ərzində ödənilməlidir. Qeyd edək ki, martın 12-də Türkiyədə keçirilmiş görüş “Başakşəhər”in qələbəsi ilə yekunlaşıb. Cavab görüşü koronavirus səbəbindən təxirə salınıb.

Ətraflı oxu »

Pedro Enrike: “Sağlam mühit olmasa, oynamaq mümkün deyil”

“Evdə qalıb qaydalara əməl etməyə çalışıram. Hər kəsin arzuladığı şey meydana çıxmaqdır, amma sağlam mühitin olması vacibdir”. “Report”un məlumatına görə, bu fikirləri “Sabah” nəşrinə açıqlamasında Türkiyənin “Kayserispor” klubunun futbolçusu Pedro Enrike deyib. 29 yaşlı braziliyalı yarımmüdafiəçi koronavirusa görə evdə də qaydalara riayət etdiyini sözlərinə əlavə edib: “Diqqətli hərəkət edir və …

Ətraflı oxu »

“Gərək vaxtında Teymura dəstək olaydılar” – Şəhriyar Məmmədyarov

“İddiaçılar turniri yarımçıq dayandırıldı və sonra davam etdiriləcək. Çox təəssüflər olsun. Burda sevinməli heç bir şey yoxdur”. Qaynarinfo xəbər verir ki, bu fikirlər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.Tanınmış qrossmeyster İddiaçılar Turnirinin FİDE-nin qərarı ilə dayandırılmasına münasibət bildirib. Məmmədyarov sosial şəbəkədəki paylaşımında yarışın koronavirus pandemiyası səbəbindən davam etdirilə bilməməsinə təəssüfləndiyini bildirib: “Ümid edirəm …

Ətraflı oxu »

“Qalatasaray”ın vitse-prezidenti və xanımı koronavirusa yoluxdu

Türkiyənin “Qalatasaray” klubunun vitse-prezidenti, azarkeşlərin sevimlisi olan Əbdürrəhim Albayrak koronavirusa yoluxub. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Qalatasaraylı idarəçinin analizləri bu gün müsbət nəticə verib. Daha öncə nasazlığı səbəbiylə xəstəxanaya aparılan Ə.Albayrakın birinci təhlil nəticələri neqativ olsa da, təkrar yoxlanılma zamanı virusun mövcudluğu təsdiqlənib. Hazırda karantinə alınan Əbdürrəhim Albayrak …

Ətraflı oxu »

“Formula-1” üzrə Azərbaycan Qran-prisi təxirə salınıb

“Formula-1” üzrə Azərbaycan Qran-prisi təxirə salınıb. Apasport.az saytının məlumatına görə, bu barədə yarış təşkilatçısının rəsmi tvitter səhifəsində paylaşım edilib. Bildirilir ki, iyun ayında baş tutmalı olan Azərbaycan Qran-prisi keçirilməyəcək. Buna səbəb koronavirus pandemiyasının bütün dünyada sürətlə yayılmasıdır.

Ətraflı oxu »

“Yuventus” koronavirusa yoluxan futbolçularına yeni müqavilə təklif edib

“Yuventus” koronavirus infeksiyasına yoluxan futbolçularına dəstək nümayiş etdirir. Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi həmin oyunçularla yeni müqavilə bağlamaq qərarına gəlib. Müdafiəçi Daniele Ruqani və yarımmüdafiəçi Blez Matuididən sonra hücumçu Paulo Dibalaya da yeni sözləşmə təklif olunub. “Qoca sinyora” Argentina millisinin üzvü ilə hazırkı sözləşməsini yeniləmək niyyətindədir və onun meneceri …

Ətraflı oxu »