Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İdman (səhifə 124)

İdman

Qurban Qurbanov: “Çalışırıq, dekabra qədər rotasiyalarla formanı qoruyaq”

“Maraqlı oyun alındı. Xüsusən də, ikinci hissədə”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VII turunda “Zirə” ilə keçirilən oyun barədə danışarkən deyib. Təcrübəli mütəxəssis 0:0 hesabı ilə yekunlaşan qarşılaşmadan sonrakı mətbuat konfransında fikirlərini bölüşüb: “Hər iki komanda istəkli idi. Futbolçularımdan razı qaldım. Çempionat …

Ətraflı oxu »

“Mançester Yunayted” 48 illik antirekordunu təkrarladı

İngiltərə Premyer Liqasının VI turunda “Çelsi” ilə ev oyunundakı qolsuz heç-heçə “Mançester Yunayted” üçün xoşagəlməz hadisə ilə əlamətdar olub. “Report” “Opta”ya istinadən xəbər verir ki, 2020/2021 mövsümündə doğma meydanda keçirdiyi ardıcıl 3-cü qarşılaşmada qələbə qazana bilməyən “qırmızı şeytanlar” 48 illik antirekordunu təkrarlayıb. Mançester təmsilçisi sonuncu dəfə 1972/1973 mövsümündə bu cür …

Ətraflı oxu »

“Böyük dəbilqə”: Daha 6 cüdoçumuz mübarizəyə başlayır

Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin sonuncu yarış günündə Azərbaycanın daha 6 cüdoçusu mübarizəyə başlayır. Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (90 kiloqram), Elmar Qasımov, Zelim Kotsoyev (100 kiloqram), Uşangi Kokauri və Camal Feyziyev (100 kiloqramdan yuxarı) bu gün medallar uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, turnirin birinci və ikinci yarış günlərində yığma …

Ətraflı oxu »

Zidanın “Real”dakı taleyini qarşıdakı 2 matç həll edəcək

“Real”ın baş məşqçisi Zinəddin Zidanın komandadakı vəziyyətini düzəltmək üçün şans olaraq iki matç var. “Report” xəbər verir ki, bu barədə “Lequipe” bildirib. Məlumata görə, Zidanın “Real Madrid”dəki gələcəyini İspaniya çempionatında “Barselona”ya qarşı matç, həmçinin Çempionlar Liqasında “Borussiya M” ilə görüş həll edəcək. Daha əvvəl bildirilirdi ki, “Real” Zidanı komandanın baş …

Ətraflı oxu »

“Qalatasaray”dan Azərbaycana növbəti dəstək – FOTO

Türkiyənin “Qalatasaray” klubu Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara növbəti dəfə öz dəstəyini ifadə edib.Məlumat İstanbul klubunun “ultraAslan”  azarkeş  qrupunun “Twitter” səhifəsində paylaşılıb.İstanbul klubunun Superliqanın beşinci turu çərçivəsində bu gün “Alanyaspor”la ev oyunu öncəsi matçın keçiriləcəyi “Türk Telekom Arena”ya iki ölkə bayrağının əks olunduğu müxtəlif plakatlar yerləşdirilib və …

Ətraflı oxu »

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a istinadən məlumatına görə, Kataloniya təmsilçisi 33 yaşlı hücumçunun transferindən 15 milyon funt kompensasiya əldə edəcəklər. Argentinalı forvardın hazırkı müqaviləsi gələn yay başa çatacaq. Qeyd edək ki, bu mövsüm Lionel Messi 4 oyuna 1 qol və …

Ətraflı oxu »

“Messi meydana çıxmayanda özünü daha yorğun hiss edir” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 6-cı turunda “Xetafe” ilə oyundan öncə komandasının durumu haqda danışıb. Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis kapitan Lionel Messinin sıx oyun qrafikinə görə çətinlik çəkmədiyini bildirib: “Hər oyunda qələbə qazanmaq üçün ən yaxşısını etmək istəyirik. Milli komandaların oyunlarından sonra …

Ətraflı oxu »

UEFA Millətlər Liqası: Azərbaycan-Kipr oyununda qalib müəyyənləşmədi

Bu gün dutbol üzrə UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümü çərçivəsində Azərbaycan-Kipr oyunu keçirilib. Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar neytral meydanda – Albaniyadakı Elbasan şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb. Bunadək qrupda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə məğlub olan yığmamız 3 xalla …

Ətraflı oxu »

“Mançester Yunayted” final fitindən sonra penalti qazanıb

Futbol üzrə İngiltərə Premyer Liqasında III tura start verilib. “Report” xəbər verir ki, turun açılış matçında “Mançester Yunayted” səfərdə “Brayton”la üz-üzə gəlib. Qarşılaşma “Mançester Yunayted”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 40-cı dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Nil Mope penaltini dəqiq yerinə yetirib. 43-cü dəqiqədə Lyuis Dank avtoqol müəllifi …

Ətraflı oxu »