Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman (səhifə 115)

İdman

Millimizin üzvü “Barselona“ya qol vurdu

Futzal üzrə Çempionlar Liqasında 1/8 finalın oyunları keçirilib. Millimizim üzvü Eduardonun da çıxış etdiyi “Aner-Villnev” (Fransa) “Barselona” (İspaniya) ilə qarşılaşıb. Matç Kataloniya komandasının qələbəsi ilə yekunlaşıb- 2:1. Fransa təmsilçisinin oyundakı yeganə qolunu Eduardo vurub. O, 9-cu dəqiqədə fərqlənib. Qeyd edək ki, “Aner-Villnev” bu mərhələdə uduzmaqla  turnirlə vidalaşıb.

Ətraflı oxu »

“Böyük dəbilqə”: Daha 5 cüdoçumuz mübarizəyə qoşulur

İsrailin paytaxtı Təl-Əvivdə start götürən “Böyük dəbilqə” turnirinin üçüncü günündə Azərbaycanın 5 cüdoçusu mübarizə aparacaq. Yarışın son günündə kişilər arasında 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev Orelyen Diss (Fransa), 100 kiloqramda Elmar Qasımov İoakim Dvarbi (İsveç), Zelim Kotsoyev Boris Georgiyev (Bolqarıstan) ilə döyüşəcəklər. Ağır çəkili cüdoçular (100 kiloqramdan yuxarı) Uşangi Kokauri …

Ətraflı oxu »

“Kimdəsə günah axtarmaq bizə yaraşmaz” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri matçı şərh edib.Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:“Bu oyunda sadəcə qol çatışmadı. Görmək istədiyim dinamikanı və komandanı gördüm. Matç qolsuz bitsə də, futbolçularımdan çox razı qaldım. Qarşıdakı oyunlarda …

Ətraflı oxu »

Operativ Qərargah millimizin toplanışına icazə verdi

Nazirlər Kabineti yanında Operativ Qərargah AFFA-nın futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin martda keçiriləcək oyunlarına hazırlaşa bilməsi üçün müraciətini müsbət cavablandırıb. Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədovun “Report”a verdiyi məlumata görə, yığmanın məşq etməsi üçün razılıq alınıb. Qeyd edək ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi komanda …

Ətraflı oxu »

AFFA hakimləri isti su ilə təmin etməyən klubu cəzalandırıb

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında I divizionun XII tur matçlarında baş vermiş neqativ hallar müzakirə olunub. Apasport.az saytının məlumatına görə, komitə bu dəfə də aşağı dəstə təmsilçilərinə qeyri-adi cəzalar tətbiq edib. “Sumqayıt-2” ilə oyunda AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (nəzarət buraxılışa diqqət etmək) yerinə yetirməyən “Qaradağ Lökbatan” …

Ətraflı oxu »

“Məni polşalı idmançıya görə aradan götürdülər” – Nizami Paşayev

Azərbaycanın ağırlıqqaldırma üzrə Avropa və üçqat dünya çempionu Nizami Paşayevin “Report”a müsahibəsi – Karyeranızı bitirdikdən sonra hansı işlərlə məşğul olursunuz? – Hazırda Xırdalan şəhərində özümə məxsus olan ağırlıqqaldırma zalında milli komandanın üzvü Dadaş Dadaşbəyli ilə məşğulam. Aprelin 4-də Rusiyanın Moskva şəhərində Avropa çempionatı keçiriləcək. İdmançımızı həmin yarışa hazırlayıram. Amma yığmada fəaliyyət …

Ətraflı oxu »

Ronaldonun ad günü hədiyyəsinin qiyməti 9 milyon 500 min avro!

Məşhur futbolçu Kriştianu Ronaldo dünyada məhdud sayda istehsal edilən “Bugatti Centodieci” markalı yeni avtomobil sifariş edib. Ötən həftə 36 yaşı tamam olan Ronaldo bu maşını özünə ad günü hədiyyəsi edəcək. Onun yeni avtomobili üçün 9 milyon 500 min avro (19 milyon 578 min manat) ödədiyi bildirilib. Kriştianunun 20-dən çox bahalı …

Ətraflı oxu »

Teymur Rəcəbovun rəqibi müəyyənləşdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun “Opera Euro Rapid” adlanan mərhələsinin 3-cü yer uğrunda görüşündəki rəqibi müəyyənləşib. 34 yaşlı qrossmeyster fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək. Finalda isə norveçli dünya çempionu Maqnus Karlsenlə ABŞ təmsilçisi Uesli So qarşılaşacaq. Görüşlər bu gün və sabah keçiriləcək.

Ətraflı oxu »

Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci tura start veriləcək. İlk oyun günündə iki görüş keçiriləcək. “Sumqayıt” doğma meydanda “Səbail”lə qarşılaşacaq. Turun mərkəzi oyununda “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcək. “Sumqayıt” – “Səbail”Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid HacıyevKapital Bank Arena “Qarabağ” – “Neftçi”Hakimlər: Elçin Məsiyev, Elşad …

Ətraflı oxu »