Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman (səhifə 100)

İdman

Avropa çempionatının ən yaxşı oyunçusu məlum oldu

AVRO-2020-nin ən yaxşı oyunçusunun adı bəlli olub. Bu, İtaliya millisinin qapıçısı Canluici Donnarummadır. O, turnir ərzində keçirdiyi yeddi matç ərzində qapısında cəmi dörd top buraxıb, İspaniya ilə yarımfinal və İngiltərə ilə final görüşlərindəki penaltilər seriyasında əsas qəhrəman olub. Həmçinin, AVRO-2020-nin ən yaxşı bombardiri də açıqlanıb. Bu, 1/8 finalda mübarizəni dayandırmış …

Ətraflı oxu »

İtaliya Avropa çempionu oldu

İyunun 11-dən iyulun 11-dək Avropanın 11 ölkəsində keçirilən AVRO-2020-yə yekun vurulub. 31 gün davam edən sayca 16-cı Avropa çempionatının həlledici qarşılaşması Londondakı “Uembli” stadionunda baş tutub. arixində ilk dəfə qitə çempionatının final oyununda qüvvəsini sınayan İngiltərə yığması doğma arenada İtaliyanı qəbul edib. Görüş erkən qolla başlayıb. Artıq 2-ci dəqiqədə Lük …

Ətraflı oxu »

Messi beşinci cəhddə Amerika Kubokunu qazandı, Argentina Braziliyanı məğlub etdi (FOTO)

Argentina millisi 28 illik gözləmədən və uzun illər çəkən əziyyətdən sonra yenə də Amerika kubokunu qazanıb. Braziliya ilə final oyununda bir qol kifayət edib: Anxel di Maria dərinlikdən Paulun ötürməsini sürətləndirərək, Lodinin səhvindən istifadə edib və Edersonu təkbətək döyüşdə məğlub edib. Braziliyalılar və argentinalılar bir-birinə təhlükəli epizodlar yaratmaqdan daha çox …

Ətraflı oxu »

“28 ildir, onunla oyunu gözləyirdim” – Şəhriyar Məmmədyarov

Xəbər verdiyimiz kimi, şahmatçımız Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Croatia Grand Chess Tour”un blits turnirinin 6-cı turunda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində 7 gedişə qələbə qazanıb. Məmmədyarov sosial şəbəkədə qələbə sevincini paylaşıb. “28 ildir, şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Oyunları …

Ətraflı oxu »

AFFA klublarımızın avrokubok oyunlarına azarkeşlərin buraxılmasına razılıq aldı

Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq. AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb. Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.

Ətraflı oxu »

Şəhriyar Məmmədyarov rapid turnirində 6-cı oldu

İyulun 9-da “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin – Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Croatia Grand Chess Tour”un rapid turnirində sonuncu turların partiyaları oynanılıb. Şəhriyar Məmmədyarov 7-ci turda İvan Sariç (Xorvatiya), 8-ci turda Niderland şahmatçısı Aniş Giri ilə heç-heçə edib. Son turda Niderlandın digər təmsilçisi Yorden Van Foresti məğlub edən …

Ətraflı oxu »

Azərbaycanlı cüdoçudan növbəti “pullu paylaşım”: Bu dəfə dollarla özünü yellədi – VİDEO

Azərbaycan cüdoçusu, milli komandamızın keçmiş üzvü Elmar Qasımov növbəti dəfə qalmaqallı paylaşımı ilə diqqət mərkəzinə düşüb.Bir müddət əvvəl balkondan küçəyə pul səpələyən və bunu videoya çəkərək sosial media hesabından paylaşan idmançı yenə “pullu paylaşımı” ilə diqqətləri üzərinə çəkib. Əlindəki bir dəstə ABŞ dolları ilə avtomobildə özünü yelləyən Qasımovun bu videosu …

Ətraflı oxu »

Ağasəlim Mircavadov: “İstedadlı uşaqları itiririk” – VİDEO

Azərbaycanın şöhrət ordenli məşqçisi, müxtəlif klublarda ümumilikdə altı dəfə ölkə  çempionluğu yaşamış Ağasəlim Mircavadov Baku TV-nin qonağı olub. O, futbolumuzun gələcək perspektivindən danışıb. Əlavə olaraq, uşaq idmanının önəmini də qeyd edən A.Mircavadov tezliklə regionlarda da yeni məşq bazalarının yaradılacağını vurğulayıb. O bildirib ki, Azərbaycan futbolu istedadlı uşaqları itirir.

Ətraflı oxu »

Güləşçilərimiz dörd medal qazandılar

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona çatıb.Güləş Federasiyasından verilən məlumata görə, qitə birinciliyinin son günündə yunan-Roma güləşçilərimiz üç medal qazanıb.Həsrət Cəfərov (67 kq) finalda Türkiyə güləşçisinə 9:0 hesabıyla qalib gələrək Avropa çempionu olub. Güləşçimiz finaladək Macarıstan, Bolqarıstan və Gürcüstan təmsilçilərini məğlub edib.Millinin iki üzvü isə üçüncü yeri tutub. …

Ətraflı oxu »

Güləşçimiz erməni rəqibini məğlub etdi

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona yaxınlaşır. Altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Nihat Məmmədli ilk görüşdə erməni rəqibinə gücünü göstərib. Həsrət Cəfərov 1/8 finalda Macarıstan güləşçisini cəmi 1 dəqiqə 35 saniyəyə xalçadan məyus yola salıb. Xasay …

Ətraflı oxu »