Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya (səhifə 7)

Dünya

“İrəvan rəsmi bildiriş göndərməyib” – Peskov

“İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib”. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Zvezda” telekanalına danışıb. “Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik. İstənilən halda detalları başa düşmək çox vacibdir. …

Ətraflı oxu »

Rusiyanın Qərbdəki aktivləri nəyə xərclənəcək?

Hüquq sahəsi üzrə 10 ekspert G7 ölkələri üçün hazırladıqları arayışda Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinin beynəlxalq hüquqa uyğun olduğunu qeyd ediblər. AzVision.az “Bloomberg” nəşrinin ekspertlərin rəyinə istinadən yaydığı məlumata əsasən xəbər verir ki, hüquqşünasların fikrincə, Rusiya beynəlxalq hüququn fundamental prinsiplərini pozduğuna görə, onun dondurulmuş aktivləriunin müsadirə olunması qanunidir. “Biz belə nəticəyə gəlirik …

Ətraflı oxu »

Bu ölkə bütün artilleriyasını Ukraynaya VERDİ

Danimarka silahlı qüvvələri bütün artilleriyasını Ukraynaya təhvil verib. Musavat.com “Jyllands-Posten” qəzetinə istinadən xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında deyib. “Danimarka tərəfində biz bütün artilleriyamızı təhvil vermişik, amma hələ də Avropada anbarlarda döyüş sursatları var”, – o deyib. Baş nazir müharibənin başlamasının ikinci ildönümündə Ukraynaya hərbi ləvazimatların çatdırılmasına çağırıb. …

Ətraflı oxu »

Üç ölkə “Bayraktar”a qarşı veto qoydu

Fransa, Yunanıstan və Kipr  pilotsuz təyyarələrin Kiyevə tədarükünə veto qoyub  Fransa, Yunanıstan və Kipr Avropa Birliyinin  Kiyev üçün “Bayraktar”ların  almasını əngəlləyib.  Hər üç ölkə Kiyev üçün Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin  tədarükünün Avropa fondlarından maliyyələşdirilməsinə veto qoyub. Bu qərar yerli silah sistemlərinə dəstək vermək istəyi ilə izah edilib.  Alternativ axtarışda olan …

Ətraflı oxu »

Türkiyə: “Çeçen müxalifətçilər deportasiya edilmir”

Türkiyə çeçen müxalifətçilərin qohumları, o cümlədən Cövhər Dudayevin (İçkeriya Respublikasının ilk prezidenti) qardaşı oğlu, 18 yaşlı Mənsur Dudayevin deportasiya edilməsi ilə bağlı xəbərləri təkzib edib. AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi təkzib mesajı yayıb. “Elektron mediada spekulyasiya yaradan fotoşəkillərin heç biri Türkiyədəki deportasiya …

Ətraflı oxu »

Con Kirbi: “Avdeyevkanın Rusiyanın nəzarətinə keçəcəyi təhlükəsi var”

Donetsk vilayətinin Avdeyevka şəhərində Ukrayna Silahlı Qüvvələri üçün kritik vəziyyətin yarandığı bildirilir. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi fevralın 16-da keçirdyi brifinqdə danışıb. “Biz ukraynalılardan vəziyyətin kritik olduğuna dair mesajlar alırıq və rus qoşunları hər gün Ukraynanın mövqelərinə təzyiq göstərməkdə davam edir. Avdeyevkanın Rusiyanın nəzarətinə keçəcəyi təhlükəsi …

Ətraflı oxu »

“Putin Navalnının ölümünə görə məsuliyyət daşıyır” – Bayden

ABŞ Prezidenti Co Bayden bildirib ki, Rusiya Prezidenti Vladimir Putini siyasətçi Aleksey Navalnının ölümünə görə məsuliyyət daşıyır.Bayden bunu rusiyalı müxalifətçinin ölümü ilə bağlı xüsusi müraciəti zamanı deyib.“Putin Navalnının ölümünə görə məsuliyyət daşıyır. Putin məsuliyyət daşıyır. Navalnının başına gələnlər Putinin qəddarlığının bir daha sübutudur. İstər Rusiyada, istərsə də dünyanın heç bir …

Ətraflı oxu »

Sırski Ukrayna Silahlı Qüvvələrinin müdafiəyə keçdiyini açıqlayıb

Ukrayna Silahlı Qüvvələri Rusiya qüvvələri ilə təmas xəttində hücum əməliyyatları keçirmək cəhdlərindən müdafiəyə keçib. APA xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ZDF alman telekanalına müsahibəsində deyib. Sırski hazırda cəbhədəki vəziyyəti ağır adlandırıb. “Biz hücum əməliyyatından müdafiə əməliyyatına keçdik”, – deyə o qeyd edib. O …

Ətraflı oxu »

Basarkeçər boşaldılır… – Nə baş verir?

Basarkeçər şəhərində bir sıra dövlət obyektlərinin bağlanılmasına başlanılıb. Herbiand.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Nəşr yazır ki, Kəlbəcər Azərbaycana təhvil verildikdən sonra (2020-ci il) sərhəddə yerləşən Vardenis (Basarkeçər) şəhərində vəziyyət gərginləşib: “İlin əvvəlindən hökumət şəhərdə pasport-viza şöbəsinin ofisini bağlamağa başlayıb. Vardenis sakini Karen bildirib ki, şəhərə …

Ətraflı oxu »

Karlsonun Putinlə müsahibəsi nə vaxt yayımlanacaq?

Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi ehtimal ki, cümə axşamı, fevralın 8-də dərc olunacaq. Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Wall Street Journal mənbələrə istinadən yazır. Karlsonun özünün dediyinə görə, müsahibə Twitter-də və jurnalistin öz saytında, TuckerCarlson.com-da yerləşdiriləcək. Jurnalist bir gün əvvəl Moskvada olduğunu və Putindən müsahibə almaq istədiyini …

Ətraflı oxu »