Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya (səhifə 6)

Dünya

Ermənipərəst senator Menendesə daha bir ittiham irəli sürülüb

Korrupsiyada ittiham olunan, ermənipərəst mövqe ilə seçilən Nyu-Cersi senatoru Robert Menendes ədalət mühakiməsinə mane olmaqda ittiham olunub. “Report” xəbər verir ki, Nyu-Yorkun Cənub Dairəsi məhkəməsində dərc edilən yenilənmiş hesabatda senatora və onun həyat yoldaşına qarşı əvvəllər irəli sürülən bütün ittihamlarla yanaşı ədalətə mane olmaqla bağlı yeni ittihamlar yer alıb. Əlavə …

Ətraflı oxu »

Türkiyədən Rusiyaya ixrac 33 faiz azaldı

2024-cü ilin fevralında Türkiyənin Rusiyaya ixracının həcmi illik ifadədə 33 faiz azalıb. Musavat.com Türkiyə Ticarət Nazirliyinin açıqladığı statistik məlumata əsasən xəbər verir ki, keçən ay göstərici bir il əvvəlki 1 milyard dollara qarşı 670 milyon dollar təşkil edib. Yanvar-fevral ayları üzrə ümumi ixracat 2023-cü ilin eyni dövründəki 2,04 milyard dollarla müqayisədə …

Ətraflı oxu »

Lavrov Rusiya sərhədçilərinin İrəvandan çıxarılması haqda DANIŞDI

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərinin İrəvanın Zvartnots hava limanında olmasının mümkünlüyünü müzakirə etməsi ilə bağlı xəbərləri təsdiq edə bilməyəcəyini bildirib. Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Sergey Lavrov Antalya Diplomatik Forumundan sonra keçirilən mətbuat konfransında deyib: “Mən bu xəbərləri təsdiq edə bilmərəm, baxmayaraq …

Ətraflı oxu »

“Putin Ərdoğanla Əsədin Moskvada görüşünü təşkil edə bilər” – KİV

Türkiyə və Suriya liderləri arasında Moskvada keçiriləcək görüşə hazırlıq Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə mümkün səfərinin hədəfləri arasında ola bilər. Bunu “Habertürk”ün köşə yazarı Çetiner Çətin X- də yazıb. O bildirib ki, Türkiyə Dəməşq rəhbərliyi ilə münasibətlərində yeni səhifə açır. Antalyadakı diplomatik forumda açıq müzakirələr fonunda pərdəarxası diplomatiya ilə digər …

Ətraflı oxu »

“Prioritetimiz Ukrayna deyil, ölkənin sərhədidir” – Mayk Conson

“Prioritetimiz ölkənin cənub sərhədindəki böhranı həll etməkdir, Ukraynaya kömək üçün vəsait ayırmaq deyil”.Bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Prezident Co Baydenlə görüşdən sonra deyib.Consonun sözlərinə görə, ilk növbədə Birləşmiş Ştatların ehtiyacları qarşılanmalıdır:“Ağ Evdə keçirilən görüşdə əlavə maliyyənin ayrılması, o cümlədən Kiyevə dəstək verilməsi ilə bağlı qanun layihəsi müzakirə edilib. …

Ətraflı oxu »

Aleksey Navalnının nəşi anasına verildi

Aleksey Navalnının nəşi anasına verilib. Bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb. Onun harada dəfn ediləcəyi ilə bağlı məlumat verilməyib. Qeyd edək ki, bu gün rusiyalı siyasətçinin həyat yoldaşı Yulia Navalnayanın ərinin nəşinin anasına verilməməsi ilə bağlı videoaçıqlaması yayılıb. Qeyd edək ki, 47 yaşlı Rusiyalı müxalifətçi Aleksey Navalnı fevralın …

Ətraflı oxu »

Zelenski: “Putin müharibədə məğlub olmayana qədər heç vaxt dayanmayacaq”

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya prezidenti Vladimir Putin müharibəni uduzmasa və Ukraynanı işğal etməyə icazə verilməyəcəyini başa düşməsə, müharibəni özü bitirməyəcək. Ona görə də Kiyev münaqişənin dondurulmasına razı olmayacaq. Qaynarinfo xəbər verir ki, bu barədə Volodimir Zelenski, cəbhə xəttinə yaxın Xarkov vilayətində “FoxNews”a verdiyi müsahibəsində danışıb. Ukrayna ərazisinin …

Ətraflı oxu »

“İrəvan rəsmi bildiriş göndərməyib” – Peskov

“İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib”. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Zvezda” telekanalına danışıb. “Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik. İstənilən halda detalları başa düşmək çox vacibdir. …

Ətraflı oxu »

Rusiyanın Qərbdəki aktivləri nəyə xərclənəcək?

Hüquq sahəsi üzrə 10 ekspert G7 ölkələri üçün hazırladıqları arayışda Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinin beynəlxalq hüquqa uyğun olduğunu qeyd ediblər. AzVision.az “Bloomberg” nəşrinin ekspertlərin rəyinə istinadən yaydığı məlumata əsasən xəbər verir ki, hüquqşünasların fikrincə, Rusiya beynəlxalq hüququn fundamental prinsiplərini pozduğuna görə, onun dondurulmuş aktivləriunin müsadirə olunması qanunidir. “Biz belə nəticəyə gəlirik …

Ətraflı oxu »

Bu ölkə bütün artilleriyasını Ukraynaya VERDİ

Danimarka silahlı qüvvələri bütün artilleriyasını Ukraynaya təhvil verib. Musavat.com “Jyllands-Posten” qəzetinə istinadən xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında deyib. “Danimarka tərəfində biz bütün artilleriyamızı təhvil vermişik, amma hələ də Avropada anbarlarda döyüş sursatları var”, – o deyib. Baş nazir müharibənin başlamasının ikinci ildönümündə Ukraynaya hərbi ləvazimatların çatdırılmasına çağırıb. …

Ətraflı oxu »