Ana səhifə / Cəmiyyət (səhifə 688)

Cəmiyyət

Anar boşanmamış 2-ci dəfə evləndiyini açıqladı

“Mülk davası etmirəm, qarşı tərəf bunu edir. Mən hər şeyimi uşaqlarıma vermişəm, onların arxasında da dayanıram”.  “Qafqazinfo” xəbər verir ki, bu sözləri bir neçə gündür şəxsi həyatı ilə gündəmi zəbt edən prodüser Anar Mədətov deyib. O, ayrılıq xəbərlərindən sonra ilk dəfə efirə çıxaraq yaşadığı qalmaqal barədə danışıb. Anar “Hər şey daxil”də …

Ətraflı oxu »

“Qırmızı Körpü”də hərəkət dayandı

Bu gün saat 19:35 -dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub. Dövlət Gömrük Komitəsinin aidiyyəti …

Ətraflı oxu »

Azərbaycanlı pəhləvan rusiyalıları heyran qoydu – VİDEO

Rusiyanın Blaqoveşensk şəhərində “Kulturnıy Qorod” (Mədəni şəhər) festival hərəkatının açılışında tanınmış azərbaycanlı pəhləvan Əmir çıxış edib. “PortAmur”un yazdığına görə, Əmir öz fiziki bacarıqları ilə yerli sakinləri heyran qoyub. Pəhləvan bir saatlıq şou ərzində müxtəlif təhlükəli fəndlər göstərib, iti əşyaların üzərində gəzib, əli ilə dəmir mismarları əyib. Azərbaycanlı qonağın final tryukunda avtomobillərdən istifadə olunub. …

Ətraflı oxu »

Bu şəxslər cərimələnəcək – Qanun

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Qanuna daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması barədə yeni maddə əlavə edilib. Belə ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların …

Ətraflı oxu »

Suyu bağlasınlar, balamızı çıxarıb, dəfn edək

Samur-Abşeron kanalında Siyəzən rayonu, Zarat kənd sakini 19 yaşlı İmamyar Ələkbərovun batmasından dörd gün ötür. Axtarış tədbirləri hələ də nəticə verməyib. 19 yaşlı İmamyar Ələkbərovun ailəsi övladlarının nəşinin tapılmasını gözləyirlər.  Ailə üzvləri bildirir ki, İmamyarın tapılması üçün kanalda suyun azaldılmasına ehtiyac var. “Suyu bağlasınlar, balamızı çıxarıb, dəfn edək”, – deyə İ.Ələkbərovun ailəsi …

Ətraflı oxu »

Azərbaycanlı tələbələrin nikah mərasimi səfirlikdə keçirildi

Azərbaycanın Macarıstandakı səfirliyində tələbə cütlüyün nikah mərasimi keçirilib. Səfirlikdən Report-a verilən məlumata görə, Budapeşt Biznes Universitetinin tələbələri – Rüstəm Aslanlı və Xavər Ələkbərliyə səfirliyin böyük zalında müxtəlif millətlərdən olan çoxsaylı tələbə dostlarının iştirakı ilə nikah şəhadətnaməsi təqdim edilib. Səfir Vilayət Quliyev gənc cütlüyü təbrik edib və onlara səadət və xoşbəxtlik …

Ətraflı oxu »

Azərbaycan-Türkiyə birgə təlimləri davam edir – VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-də “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək …

Ətraflı oxu »

Tələbə qız müəllimindən uşaq dünyaya gətirdi – Azərbaycanda

Azərbaycanda tələbə qız müəllimindən uşaq dünyaya gətirib. Unikal.org xəbər verir ki, bu barədə ATV-də yayımlanan “Bizimləsən” verilişində məlumat verilib. Verilişə müraciət edən Zaur anası ilə görüşmək istədiyini bildirib. Aparıcı Zaur Baxşəliyev həmin tələbənin adını açıqlamasa da, bir çox faktların üstünü açıb: “1980-cı ildə tələbə qız Azərbaycanın şimal rayonlarından birindən Mingəçevirə mühasibatlıq …

Ətraflı oxu »

Məşhur yazıçımız pul mükafatını gənclərə bağışladı – AYB-dən açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi bu yaxınlarda təşkilata ayrılan vəsaitdən bir neçə yazıçıya mükafat verib və təltif olunanların siyahısı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. AYB-nin gənclər üzrə katibi Rəşad Məcid məsələ ilə bağlı Kulis.az-a açıqlamasında bu fikirləri səsləndirib: “Mükafatın əleyhinə yazılanları mən də oxudum. Gənclərin və başqa yazıçıların mükafat almağına sevinmək …

Ətraflı oxu »