Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət (səhifə 32)

Cəmiyyət

Milli Qəhrəmanın həyat yoldaşı: “Qızım dedi ki, saqqallılar atamı öldürdülər” (VİDEO)

Baku TV Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov haqqında reportaj hazırlayıb. Ziyalı bir ailədə doğulan Koroğlu Rəhimov vətən sevgisi ilə böyümüşdü. 1969-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gəlir və Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olur. 1972-ci ildə ordu sıralarına çağırılır və hərbi xidmətini Almaniya Demokratik …

Ətraflı oxu »

Fəxrəddin Manafov gənclərə çağırış etdi – VİDEO

“Biz fiziki olaraq orada deyildik, amma ruhumuz, düşüncəmiz, fikrimiz hər zaman torpaqlarımızda, Vətənimizdə idi”. Bu fikirləri Xankəndi rayonunun Həsənabad kəndində dünyaya gəlmiş, Xalq artisti Fəxrəddin Manafov deyib. İşğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinin getdiyini qeyd edən aktyor mədəniyyət sahəsində çalışan biri kimi gənclərə o yerlərə qayıtmaqla bağlı çağırış edib. …

Ətraflı oxu »

Rasim Balayev: “Rüstəm İbrahimbəyov özü dedi ki, deyəsən Moskvada məni zəhərlədilər”

Xalq yazıçısı, mərhum kinorejissor Rüstəm İbrahimbəyovun qəbri ziyarət olunub. Xalq artisti Rasim Balayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, tanınmış qələm ustadını yad edib, qəbrinin üstünə gül qoyublar: “Rüstəm İbrahimbəyov istedadı ilə seçilən bir sənətkar idi. Onun əsərləri xarici ölkə teatrlarında, sovetlər məkanında tamaşaya qoyulub. Elə bir teatr  yoxdur ki, Rüstəmin əsəri …

Ətraflı oxu »

Şadlıq evlərində alovla şou göstərilməsi ləğv edilib? – VİDEO

Bakıda toyda gözlənilməz hadisə baş verib. Xezerxeber.az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqasların birinin geyimi yanıb. Görüntülərdən aydın olur ki, rəqqas oğlan son anda üzünün və əlinin yanmasının qarşısını ala bilir. Əks təqdirdə o, daha ciddi yanıq xəsarətləri ala bilərdi. Hadisənin …

Ətraflı oxu »

Bakıda Rüstəm İbrahimbəyovun muzeyi açılacaq

Bu gün 85 illik yubileyi qeyd olunan Azərbaycanın xalq yazıçısı, dramaturq, ssenarist və rejissor, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Rüstəm İbrahimbəyovun Bakıda muzeyinin açılışı planlaşdırılır. “Report” xəbər verir ki, bu barədə dramaturqun qızı, aktrisa, rejissor və ssenarist Fatimə İbrahimbəyova TASS-a bildirib. F.İbrahimbəyova qeyd edib ki, yubiley ilində onun kitablarının Azərbaycan …

Ətraflı oxu »

Erməni qadın Arayik Arutyunyanın unu gizlətməyindən danışdı – Video

Larisa Stepanyan Azərbaycanın Tuğ kəndində doğulub. Vətəni olaraq isə Azərbaycanı görür.  Hazırda Xankəndidə tək yaşayır.  70 yaşlı qadın Azərbaycanlılarla bir yerdə yaşamaqlarından, Qarabağ separatçılarının cinayətkar əməllərindən, Arayik Arutyunyanın unu gizlətməyindən və digər mövzulardan danışıb. Ətraflı “İTV Xəbər Yekun”da:

Ətraflı oxu »

Tağıyev haqda filmin çəkilişləri yekunlaşdı – Foto

Hacı Zeynalabdin Tağıyev haqqında çəkilən “Himəyadar ” bədii filminin çəkilişləri yekunlaşıb. Bu barədə filmdə rol alan aktrisa Zülfiyyə Qurbanova məlumat verib. O çəkilişdən foto paylaşaraq bunları yazıb. “Bakı Media Mərkəzinin Hacı Zeynalabdin Tağıyev haqqında çəkdiyi “Himəyadar ” bədii filminin çəkilişləri yekunlaşdı. Filmin rejissoru Zaur Qasımlı başda olmaqla hər kəsə öz …

Ətraflı oxu »

Faciədən zövq aldıran sənətkar: onun aktyorluq sevgisi ruhuna hopmuşdu

Onun adı çəkiləndə ilk yada düşən “Topal Teymur” obrazı olur. Elə ustalıqla gəlib ki, rolunun öhdəsindən, “Topal Teymur”un haqqını verib desək, yanılmarıq. O səs, o ifa, qəddi-qamət, bir sözlə, hər şey bir-birini tamamlayır onun ifasında. Azərbaycan teatr və kino sənətində öz imzasını həkk etməyi bacaran sənətkar, Əməkdar artist Hamlet Xanızadə. …

Ətraflı oxu »

Dərmana pul tapmayan Əməkdar artist: “Maraqlanan da yoxdur ki, ay Vahid…”

“Yanımda bu sənəti öyrənənlər artıq Xalq artistləri, prezident təqaüdçüləridir”. Bu sözləri üzləşdiyi biganəlikdən məyus olan tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev Yenicag.az-a açıqlamasında deyib. İllərdir, səhnədə olduğunu, amma hələ də əməyinin bəhrəsini görmədiyini deyən aktyor aldığı təqaüdün dolanışığına yetmədiyini, sıxıntılar yaşadığını bildirib: “Yanımda bu sənəti öyrənənlər artıq Xalq artistləri, prezident təqaüdçüləridir. 72 …

Ətraflı oxu »

“Sədərək”dən mal alıb, camaata paylayan məmura bəraət verildi… – FOTO

2015-2020-ci illərdə Bərdə Məşğulluq Mərkəzinin direktoru işləmiş Bilman Şadlinskiyə hökm oxunub. Qaynarinfo xəbər verir ki, hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında idarələrin birində Kadrlar sektorunda böyük məsləhətçi işləyən Bilman Şadlinskiyə Cinayət Məcəlləsinin (bundan sonra CM) 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi açılıb. Ona cinayət işinin açılmasına …

Ətraflı oxu »