Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət (səhifə 21)

Cəmiyyət

Natəvanın heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə aparılıb

Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə çatdırılıb. Heykəl martın 4-də Evian şəhərindən götürülüb. Natəvanın heykəli artıq Azərbaycanın Fransadakı Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzindədir və onun Mərkəzin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir. Məlumata görə, heykəl götürülərkən üzərindəki örtük açılıb və müəyyən …

Ətraflı oxu »

“Müəllimə ayda 4-5 min maaş verilsə, mələyə-mələyə…” – Seyran Səxavət

“Məktəblərdə kişi müəllimlərin az olmasının gələcəkdə hər hansı problem yaradacağını düşünmək nikbin yanaşmadır. Çünki bunun fəsadları artıq yaranıb. Uzun illərdir ki, biz bunun fəsadlarını müşahidə edirik. Bizim vaxtımızda müəllimlərin 70-80 faizi kişi idi, çünki o vaxt müəllimə böyük hörmət var idi, onlara şərait yaradılmışdı”.  Bu sözləri Yenisabah.az-a tanınmış yazıçı Seyran Səxavət deyib. Ölkənin …

Ətraflı oxu »

Kino İttifaqında sədr seçkisi

Martın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə bağlı konfrans keçirilib. Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib. İki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub. Eyni zamanda yeni yaradılan təşkilatın nizamnaməsi də təsdiq olunub. Yalnız rejissor Oqtay Mirqasımov birləşmənin əleyhinə …

Ətraflı oxu »

Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür

Bu gün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin …

Ətraflı oxu »

Şeyx Əbdül Rasim Balayevin təyinatı haqda: “İşləyə bilməsə, “əlvida” deyiləcək”

“Konfrans keçdi, birlik baş tutdu, Balayev də sədr seçildi. Əslində ittifaqlar birləşsə də, kino cameəsinin adamlar eynidir. Sadəcə olaraq, münaqişə ortadan götürüldü”. Bunu Bakupost.az-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyli bildirib. Rasim Balayevin sədr seçilməsinə münasibətini açıqlayan Ə.Mahmudbəyli bu dəfə konfransda qaydaların fərqli şəkildə müəyyən olunduğuna diqqət çəkib: “Konfransa …

Ətraflı oxu »

Şeyx Əbdül: “Şəfiqə Məmmədova pulları geri qaytarmalıdır”

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı sabah baş tutacaq. Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir. Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) qeyd edib ki, kino …

Ətraflı oxu »

“Neftçi” klubuna etiraz edən azarkeşlər cəzalandırılıb

Martın 3-də futbol üzrə Azərbaycan çempionatında “Neftçi”nin “Qarabağ”a 1:4 hesablı məğlubiyyətindən sonra bakılı azarkeşlər hiddətlənərək, klub rəhbərliyindən hesabat tələb ediblər. Bir qrup azarkeş oyundan sonra “Neftçi” klubunun paytaxtın Xətai rayonu, Fəhlə prospektində yerləşən bazasına gedib. Onlar fişəng yandıraraq, etirazlarını ifadə ediblər. “Nəticələr belə davam eləsə, daha pis şeylər olacaq. Ya …

Ətraflı oxu »

Əsgərimiz canına qəsd etdi: Cinayət işi başlanıldı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Eyvazlı Musa Ehtiram oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluqdan bildirilib. Daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən …

Ətraflı oxu »

Agentlik sədrinə aid olduğu deyilən səs yazısı: “Yoxlasalar, azı yarım milyon taparlar”

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Aygün Əliyevaya aid olduğu iddia edilən səs yazısı yayılıb.Yeniavaz.com xəbər verir ki, səs yazısını “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı yayıb.“Nə qədər nəzarət eləsən də, çox qəliz, çox çətin məsələdir. Bu gün gəlib bizi yoxlasalar, ən azı yarım milyon taparlar. Nə qədər yoxlayırsan, …

Ətraflı oxu »

Elman Rüstəmovun qızının Londondakı şirkəti 13,3 milyon zərər edib – Fotofakt

Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmovun qızı və eyni zamanda da “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin gəlini olan Günel Rüstəmovanın direktoru olduğu “Gyunel Limited” şirkəti maliyyə hesabatını açıqlayıb. Yeniavaz.com xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Gyunel Limited”in sonuncu maliyyə hesabatında şirkətin 6 …

Ətraflı oxu »