Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət (səhifə 2)

Cəmiyyət

Zakir Həsənov azad edilmiş ərazilərlə bağlı göstərişlər verib

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polis İdarəsinin yaranmasının 32-ci ildönümü münasibətilə Gəncə hərbi polis bölməsində keçirilən tədbirdə iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və sosial-məişət …

Ətraflı oxu »

Agentlik Siyavuş Novruzova cavab verdi

Ötən gün parlamentin plenar iclasında deputat Siyavuş Novruzov uşaqların evdə deyil, məktəbdə oxuyub öyrənməsi ilə bağlı fikirlər irəli sürüb.  Belə ki, o, 1-ci siniflərin məktəbə qəbulunun müsabiqə yolu ilə olmasını birmənalı qarşılamayıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi AzEdu.az-a açıqlamasında Siyavuş Novruzova cavab verib. Bildirilib ki, ümumi təhsil müəssisələrinin …

Ətraflı oxu »

Aslan İsmayılov: “Günü 25-30 manata vicdanla işləyəcək fəhlə tapmaq müşkül məsələdir”

Fevral ayından may ayına kimi parkda işin çoxluğundan bağbanlara əlavə kömək lazımdır. Özüm bacardığım qədər işləsəm də, kənar fəhlə qüvvəsinə də ehtiyac olur. İnanın ki, günü 25-30 manata vicdanla işləyəcək fəhlə tapmaq müşkül məsələdir. Çoxları isə gəlib nə iş tələb olduğunu bilən kimi, “yox, mənim üçün bu ağır işdir deyirlər”. …

Ətraflı oxu »

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib: “Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqının təyin edildiyi barədə məlumat qeyd olunub”. Ətraflı …

Ətraflı oxu »

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq ətrafında bitməyən söz-söhbətlərə aydınlıq gətirib. Eləcə də, Azərbaycan kinosunun vəziyyəti, problemləri,  nəzərdə tutulan planlar barədə sullarımızı  cavablandırıb. Həmin videomaterialı təqdim edirik.

Ətraflı oxu »

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. Onun iddia tələbi torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. İş hakim Fuad Məmmədovun icraatındadır. Mayın 7-nə …

Ətraflı oxu »

Bakı Fransız Liseyinin bağlanma səbəbləri açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində BFL-in şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması, saxlanma …

Ətraflı oxu »

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Admedia.az” MMC (VÖEN – 2002644161) olub.“Admedia.az” MMC Məcburi Köçkümlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri aparacaq və qarşılığında 1 …

Ətraflı oxu »

Qızıl sürətlə bahalaşır – toylar azalacaq?

Bu həftə də qızılın qiymətləri yeni rekorda imza atıb. Yaxın Şərqdə artan geosiyasi gərginlik, İranın hücumlarından sonra İsrailin qisas alacağı gözləntiləri fonunda isə artmağa davam edir. Məlumata görə, Nyu-York Comex birjasında bazar ertəsi sessiyanın sonunda iyun ayı qızıl müqavilələri üzrə kotirovkalar 0,4% artaraq bir unsiya üçün 2383 dollar olub. Çərşənbə …

Ətraflı oxu »

Bakıda yarım milyona Quran satılır? – FOTO

Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. Oxu.Az xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər. Uzunluğu və eni cəmi 27×19 mm olan kitabın görüntüsünü …

Ətraflı oxu »