Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 9)

Cəbhə Xəbərləri

Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozdu, sərhədçimiz yaralandı

Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Təxribat nəticəsində DSX-nin …

Ətraflı oxu »

Azərbaycan Ordusu Ermənistan istiqamətinə cavab olaraq atəş açıb

Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatının yaydığı məlumatı şərh edib.Azinforum.az xəbər verir ki, Müdafiə Nazirliyinin şərhində deyilir: “Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb. Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab …

Ətraflı oxu »

Hərbi qulluqçumuz həlak oldu (FOTO)

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar cinayət işi başlanılıb.Bu barədə Qaynarinfo-ya Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.Əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış …

Ətraflı oxu »

Azərbaycan hərbçisi minaya düşərək şəhid olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Bu barədə Azinforum.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin”, – Azərbaycanın Müdafiə Nazirliyindən …

Ətraflı oxu »

Hacı Şahin ilə vida mərasimi keçirilir — CANLI YAYIM

Hazırda Məşədi Dadaş məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir. O, Məşədi Dadaş məscidində axund olduğu üçün vida mərasimi burada keçirilir. Onun harada dəfn olunması barədə ailəsi qərar verəcək. Qeyd edək ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.

Ətraflı oxu »

Şuşa, Xocavənd, Kəlbəcər, Tovuz və Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub.Müdafiə Nazirliyindən Azinforum.az -a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini …

Ətraflı oxu »

Zakir Həsənov ordu rəhbərliyini topladı, tapşırıqlar verdi

Fevralın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.Əvvəlcə qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik …

Ətraflı oxu »

ANAMA: “Füzulidə ehtimal edilən kütləvi məzarlıqda minalar var”

“Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin ərazisindəki ehtimal edilən kütləvi məzarlıqda minalar var”. Bunu ANAMA nümayəndəsi Vüsal Quliyev beynəlxalq səyahətçilər qrupu ilə birgə Füzuli rayonunun İşıqlı kəndində minatəmizləmə əməliyyatlarını izləyərkən əcnəbi səyyahlara məlumat verərkən deyib. O, istehkamçıların Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş azərbaycanlıların kütləvi məzarlıqları ilə bağlı faktların araşdırılmasına və …

Ətraflı oxu »

Ordunun mühəndis təminatını yerinə yetirən hərbçilərin bacarıqları təkmilləşdirilir – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, plana əsasən mühəndis bölmələri mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər. Digər dövlət agentliklərinin mütəxəssislərinin də iştirakı ilə keçirilən məşğələlərdə əsas diqqət mühəndis təminatını yerinə yetirən …

Ətraflı oxu »