Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 61)

Cəbhə Xəbərləri

Ermənilər arasında tam qarışıqlıq yaranıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərinin,  Füzuli, Cəbrayıl, Xocavənd (keçmiş Martuni) və Zəngilan rayonlarındakı 24 kəndin azad edildiyini bəyan edib. İ.Əliyev bunu dövlət televiziyası AzTV-nin efirində yayımlanan xalqa müraciətində elan edib. Bəs düşmən düşərgəsində yeni uğurlara necə reaksiya verildi? Qarabağ hauleyteri Araik Arutyunyan faktiki olaraq Azərbaycan döyüş …

Ətraflı oxu »

Qubadlı-Zəngilan istiqamətlərində düşmənə qarşı döyüş əməliyyatları davam edib

Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. “Qafqazinfo” bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən …

Ətraflı oxu »

Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

Düşmənin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir. Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Ətraflı oxu »

Qarabağın cənub qapısı əlimizdə – Füzuli və Xudafərinin strateji əhəmiyyəti

Humanitar atəşkəsi pozaraq Gəncədə, Tərtərdə və digər bölgələrimizdə mülki insanları raketlə vuran işğalçı Ermənistana rəşadətli Azərbaycan Ordusu cavab verməyə davam edir. Ötən həftə Füzuli şəhəri və bir sıra kəndləri, Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri azad olundu. Bu həftənin ilk günü isə Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonunun …

Ətraflı oxu »

Ordumuz Qubadlı-Zəngilan istiqamətində düşməni əzib

Müdafiə Nazirliyinin cəbhədəki operativ vəziyyətə dair məlumatı: -Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin …

Ətraflı oxu »

Azərbaycan Ordusunun işğaldan azad etdiyi yaşayış məntəqələrinin sayı 75-ə çatdı

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəsini azad edib.  Rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən yaşayış məntəqələrini, onların daxil olduğu rayonları və işğaldan azad edilmə tarixini təqdim edirik: 1. Qaraxanbəyli kəndi (Füzuli rayonu, …

Ətraflı oxu »

Cəbhədəki son durum: Döyüş davam edir

Oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib.  Müdafiə Nazirliyindən daxil olan xəbərə görə, düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən …

Ətraflı oxu »

Prezident: “Cəbrayılın 13 kəndi azad edilib”

“Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!”. Azinforum.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Twitter“ hesabında yazıb.

Ətraflı oxu »