Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 21)

Cəbhə Xəbərləri

Ermənilərin başına pul mükafatı qoyduqları Milli Qəhrəman

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Şuşa uğrunda 8 may 1992-ci il tarixində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Albert Aqarunovun anım günüdür. O, 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək 101 saylı peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnib. 1987-ci ildə hərbi …

Ətraflı oxu »

Xüsusi Təyinatlı Qüvvələrdə təlim keçirilir – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi keçirilir.Müdafiə Nazirliyindən Azinforum.az -a verilən xəbərə görə, çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər. Bildirilib ki, taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd …

Ətraflı oxu »

Ermənilər Kəlbəcəri atəşə tutdu

Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub. Azinforum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda …

Ətraflı oxu »

Müdafiə Nazirliyi Kəlbəcərlə bağlı məlumat yaydı – VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Şəxsi heyətin sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və …

Ətraflı oxu »

Rusiyanın “Ağdərə gedişi” nəyə hesablanıb?

Rusiya MN-nin “Azərbaycan Ordusu Ağdərə istiqamətində irəliləyib, əvvəlki mövqelərə qaytarılması üçün iş aparılır” açıqlaması, ardınca separatçıların “Azərbaycan Ordusu əvvəlki mövqelərinə qaytarıldı” məlumatı manipulyasiyaya bənzəyir: ruslara bölgəyə “nəzarət etdiklərini” nümayiş etdirmək üçün nümunələr lazımdır; Bu, həm də Qarabağdakı erməni əhalisinə hesablanıb. Fərrux məsələsi ilə erməni əhali arasında Rusiyanın “təhlükəsizliyin qarantı” imici …

Ətraflı oxu »

MN: 492 hektar ərazi minadan tam təmizlənib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir. MN-dən Azinforum.az -a verilən xəbərər görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan …

Ətraflı oxu »

Ağdərədə nə baş verir? – “Ordumuz konkret tapşırığı icra edir”

“Azərbaycan ordusu Müdafiə Nazirliyindən aldığı tapşırıqların icrası ilə məşğuldur”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O, Azərbaycan ordusunun Tərtər rayonunun (keçmiş Ağdərə rayonu – red.) Yarımca kəndi istiqamətində olan mövqelərdə möhkəmlənməsinə dair xəbərlərə münasibət bildirib. Hərbi ekspertin sözlərinə görə, erməni mətbuatının nə yazmasından asılı olmayaraq, Azərbaycan ordusunun …

Ətraflı oxu »

Vətən müharibəsində yaralanan hərbçilərin sayı açıqlanıb

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində yaralanan hərbi qulluqçuların sayı açıqlanıb. Belə ki, müharibə zamanı 11 110 nəfər yaralanıb. Yaralı hərbçilərin hamısına vaxtında tibbi yardım göstərilib və döyüş meydanından təxliyə olunublar. Aprelin 14-də …

Ətraflı oxu »

Ukraynada rusiyalı polkovnik-leytenant öldürüldü – Foto

Ukraynada Rusiya ordusunun polkovnik-leytenantı Georgi Petrunin öldürülüb. Bu barədə “ Azinforum.az ” “InformNapalm” birliyinə istinadən xəbər verir. Eyni zamanda Samaranın hərbi komendantı olan Petruninin Çeçenistan və Suriyada hərbi təcrübəsi var idi. “Komsomolskaya pravda” nəşri isə xəbər verir ki, hərbçi hələ martın sonunda həlak olub, aprelin 5-də Volqoqradda dəfn olunub.

Ətraflı oxu »

MN: Ötən ay 203 hektar minalardan tam təmizlənib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar …

Ətraflı oxu »