Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 11)

Cəbhə Xəbərləri

“İkinci Qarabağ müharibəsi 2 həftə tez bitə bilərdi” – General

“Ermənistan ordusunun hücumunu qabaqcadan təxmin edən Azərbaycan siyasi-hərbi rəhbərliyi əslində 1944-cü ildə müttəfiq qüvvələrin Almaniyaya qarşı həyata keçirdiyi “Bodiqard” əməliyyatına oxşar aldatma fəaliyyətini reallaşdırmışdı”. Bunu Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi hərbi ekspertlərin təxmin etdiyindən 2 həftə …

Ətraflı oxu »

Müdafiə Nazirliyi açıqlama yaydı

Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib. Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

Ətraflı oxu »

Hərbçimiz vəfat etdi

Azərbaycanda hərbçi ürək çatışmazlığından dünyasını dəyişib. Müdafiə Nazirliyindən “Azinforum.az”-a bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlu məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Ətraflı oxu »

DTX 7 min hərbçini mühasirədən necə çıxarıb? – VİDEO

Vətən Müharibəsi dönəmində Ermənistanın Gorusda yerləşən birinci ordu korpusu, bu ölkənin milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları və Hadrut divizyası çoxlu sayda Azərbaycan hərbçisini mühasirəyə salmaq üçün plan qurub. Bu barədə “Xəzər TV”də yayımlanan “Qartal Zirvə”də sənədli filmində məlumat verilib. “Bu üç qrup tərəfindən həyata keçirilən plana əsasən, maksimum dərəcədə Azərbaycan …

Ətraflı oxu »

Ordumuzun mövqeləri atəşə tutuldu

Noyabrın 8-i saat 18:40-dan noyabrın 9-u saat 02:20-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Yuxarı Zağalı və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı,Yellicə, Zəylik, Zağalı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə …

Ətraflı oxu »

Generalların birbaşa döyüş mövqeyində olmasının səbəbi nə idi? – Video

“Generalın döyüş nöqtələrinə yaxın ərazilərdə fəaliyyət göstərməsi şəxsi heyətin idarə edilməsi, döyüş şəraitinin düzgün qiymətləndirilməsi və qərarların düzgün qəbul edilməsi baxımından önəmlidir”.Bu fikirləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev generalların müharibə zamanı döyüş nöqtələrinə yaxın ərazilərdə yerləşməsi ilə bağlı suala cavab verərkən deyib.Onun fikrincə, generalı döyüş nöqtələrinə yaxın …

Ətraflı oxu »

MN: Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ətraflı oxu »

Mövqelərimiz atəşə tutuldu

Noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri 5 saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Ordumuzun …

Ətraflı oxu »

DSX-nin əsgəri özünü güllələdi

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin …

Ətraflı oxu »

Müdafiə Nazirliyi: “Bu ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil”

Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb. Azinforum.az xəbər verir ki, Müdafiə Nazirliyi bu barədə məlumat yayıb. Bildirilib ki,  qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil: “Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini …

Ətraflı oxu »