Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr (səhifə 77)

Bölgələr

Baş Prokurorluqdan Naxçıvanda məktəbin çökməsi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbin çökməsi ilə bağlı məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: “Martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin …

Ətraflı oxu »

İsmayıllıda torpaq qalmaqalı: Meşələrin torpağı YDM-ə daşınır (FOTOLAR)

İsmayıllıda torpaq daşınması narazılıqla qarşılanıb. Bu barədə Qaynarinfo-ya rayonda ictimai iaşə fəaliyyəti ilə məşğul olan Adil Əsədov məlumat verib. Onun sözlərinə görə, rayonun girişində vaxtilə “ABU Petrol” yanacaqdolduma məntəqəsi yerləşən əraziyə torpaq daşınması narazılığa səbəb olub. “Həmin ərazidə indi başqa yanacaqdoldurma məntəqəsi tikilir. Ora isə İsmayıllı meşələrindən torpaq daşınır. Bir maşın torpağın …

Ətraflı oxu »

Ağstafada başqa KADR TAPILMADI?..

“Nazir Fərid Qayıbovun Ağstafadakı kadrı görün kimiymiş…” Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.Xatırladaq ki, bu yaxınlarda Gənclər və İdman naziri Fərid Qayıbovun Ağstafa Gənclər və İdman idarəsinə müdir təyin edib. Yeni təyin olunan Əziz Məsmalıyevlə bağlı müəyyən iddiaların yer aldığı məlumatda daha sonra bildirilir:“Yeni müdir əvvəllər RİH-də humanitar sahəyə cavabdeh …

Ətraflı oxu »

Vətən müharibəsinin “Cəsur döyüşçü”sünün evi belə yanıb külə döndü – VİDEO

Qəbələdə Vətən müharibəsi qazisinin evi yanaraq kül olub. Hadisə martın 23-də, şəhərin Əhmədağa Bağırov küçəsində qeydə alınıb. Belə ki, Əliyev Xalis Vahid oğluna məxsus evdə gecə saatlarında yanğın baş verib. Yanğın nəticəsində üçotaqlı ev əşyaları ilə birgə külə dönüb. Beş nəfərdən ibarət ailə müvəqqəti olaraq qohumlarının evində məskunlaşıb. Ailə evlərinin …

Ətraflı oxu »

Toyda qohumlar dava saldı – Xəstəxanalıq olan var

Astarada toyda dava düşüb, xəsarət alan var.“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ötən gecə Astara şəhərindəki şadlıq evlərindən birində baş verib.Belə ki, 1994-cü il təvəllüdlü Nəhmətulla Natiq oğlu Səfərli baş nahiyəsindən küt alətlə xəsarət alıb. Məlum olub ki, N.Səfərliyə xəsarət yetirən şəxs bibisi oğludur.Onların hər ikisinin Lənkəran rayonu, Şıxəkəran …

Ətraflı oxu »

Qaxda qarın hündürlüyü 55 sm-a çatır

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Xidmətdən bildirilib ki, martın 26-sı saat 12:00-a olan məlumata əsasən dünən axşam Culfa, Ordubad, Quba, Xaçmaz, Qusar, Qrız, Yardımlı, Şabran, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağa, Çilov adasında 1.0 -2.0 mm-dək müşahidə olunan az yağıntı 26-sı səhər tədricən kəsilib, əksər rayonlarda əsasən yağmursuz keçib. Qar …

Ətraflı oxu »

IX sinif üçün buraxılış imtahanlarının bölgələr üzrə qrafiki

Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb. Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, buraxılış imtahanları 16, 17, 23, 24, 30 aprel və 1 may tarixlərində keçiriləcək. Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) verəcək.

Ətraflı oxu »

Zaqatalada doğuşdan sonra ananın ölüm səbəbi banan olub?

Zaqatala rayonunda qeysəriyyə əməliyyatından sonra ananın ölümünün yeni təfərrüatları məlum olub. APA-nın məlumatına görə, Zaqatala rayonu Göyəm kənd inzibati ərazisinə aid Çökəkoba kənd sakini, 1995-ci il təvəllüdlü Rəna Eyvaz qızı Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə müraciət edib. Həmin gün Zaqatala RMX-nın …

Ətraflı oxu »

Ağacları kəsən şirkətin əməkdaşı çəkiliş aparan jurnalistə təzyiq göstərdi – VİDEO

Ağacları məhv edib, yerində çoxmərtəbəli bina tikirlər. Hələ sakinlərin gediş-gəliş yolu da yararsız hala salınıb. Əməkdaşlarımız Xırdalan şəhərində yerləşən sözügedən ünvana yollanıblar. Bu dəfə də onlar tikinti şirkətinin əməkdaşlarının təzyiqinə məruz qalıblar. Çoxmərtəbəli binanın tikintisi zamanı yaşıllıqlar məhv edilib. Sakinlərin gediş-gəliş yolu yararsız hala salınıb. Görüntülər Abşeron rayonun Xırdalan şəhərində …

Ətraflı oxu »

Lerikdə 70 sm-dən çox qar yağıb – FAKTİKİ HAVA

“Martın 22-si saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, qar yağıb, lakin yağıntıların intensivliyi bir qədər səngiyib”. Bunu mətbuata açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. “Qar örtüyünün hündürlüyü Lerikdə 70 sm, Sarıbaşda (Qax) 68 sm, Yardımlıda 58 sm, Altıağacda 47 …

Ətraflı oxu »