Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Bölgələr (səhifə 44)

Bölgələr

“Vasif Talıbovun yoxluğu işimizə hər hansı təsir göstərmir” – Ali Məclisin sədr əvəzi

“Hal-hazırda Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədrliyinə seçki məsələsi gündəmdə yoxdur. Mən sədrin birinci müavini kimi bu işi aparıram”. Bunu “Gününsəsi.info”ya açıqlamasında NMR Ali Məclisi sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalov bildirib. Onun sözlərinə görə, Ali Məclis öz faəliyyətini normal qaydada davam etdirir: “Vasif Talıbovun yoxluğu işimizə hər hansı …

Ətraflı oxu »

Şahbuzda direktor iməcilikdə yer süpürmək istəməyən müəllimi döyüb?

Şahbuz rayon Daylaqlı kənd orta məktəbində direktor və müəllim arasında insident baş verdiyi bildirilir.Bu barədə “Gündəlik Naxçıvan”a təhlükəsizlikləri üçün adlarının çəkilməsini istəməyən məktəb müəllimləri məlumat veriblər.Onların sözlərinə görə, məktəbdəki haqsızlıqlara etiraz edən tarix müəllimi Məhərrəm Gülmalıyevlə direktor Yenubar Hüseynov arasında mübahisə başlayıb.Şahid müəllimlər deyir ki, haqlı ittihamlar qarşısında əsəblərini cilovlaya …

Ətraflı oxu »

Lənkəran İcra Hakimiyyəti 2 ayın şirkətinə tender verdi

Lənkəran Şəhər İcra Hakimiyyəti “All The Trifles” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin maliyyə dəyəri 266.742,54 AZN təşkil edir. Qurum bu məbləğə şirkətdən müxtəlif növ mallar alacaq. Müsabiqənin şərtlərindən məlum olur ki, İcra Hakimiyyətinin alacağı mallar aşağıdakılardır:Mişar daşı (10 230 ədəd) Sement 350m (200 ton) Şifer (8400 ədəd) Fanerka -1,5*1,5 1sm (200 ədəd) Taxta çatı ayaqı …

Ətraflı oxu »

Pasportlarına və şəxsiyyət vəsiqələrinə iranlı yazılan naxçıvanlılar- VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsi ilə İctimai TV-nin ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı Qazaxıstanın Sayram rayonunun Qarasu kəndində yaşayan azərbaycanlıların şəxsiyyət vəsiqələrində və pasportlarında milliyyətlərinin iranlı yazılması probleminə həsr olunub. Verilişdə məsələnin mahiyyəti, bu problemin haradan qaynaqlanması ilə bağlı soydaşlarımızdan müsahibələr alınıb və onların milliyyətlərinin iranlı …

Ətraflı oxu »

İsmayıllıda yaşayış massivinin yolunu kəsən kimdir? – Video

İsmayıllıda yeni yaradılan yaşayış massivinə gedən yolda hərəkət məhdudlaşdırılıb.   Bu barədə sakinlər bildirib. Onlar iddia edirlər ki, yol Qarabağ qəsəbəsinin Mənzil kommunal istismar sahəsi tərəfindən bağlanib. Məlumata görə, İsmayıllı şəhər bələdiyyəsi yeni yaşayış massivində rahat hərəkət  üçün alternativ yol çəkdirib. Bir müddət sonra isə yolu bağlayıblar. Yeni yaradılan yaşayış massivində …

Ətraflı oxu »

Bənəniyar hadisələrində işgəncə görənlər danışır – Video

Bənəniyar hadisələrinin qurbanları 13 il öncəki işgəncələrdən danışıblar.“Meydan TV” bu barədə qısa animasiya videosu hazırlayıb.Xatırladaq ki, Naxçıvanın Bənəniyar kəndində 2010-cu il yanvarın 5-də sakinlərin bir neçə gün davam edən etiraz aksiyası dağıdılmış, həbslər həyata keçirilmişdi. Həmin həbslər və ardınca baş verən işgəncə dalğası haqqında uzun müddət danışmaq qadağan edilmişdi. Hadisədən …

Ətraflı oxu »

Naxçıvanda iki xanım nazir müavini işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavinləri işdən çıxarılıblar.Belə ki, bununla bağlı aprelin 10-da muxtar respublika Ali Məclisi sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov sərəncamlar imzalyıb.Sərəncamlara əsasən, Samrat Nurəddin qızı Gəncəyeva və Zeynəb Natiq qızı Mənsimova Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsindən azad ediliblər.

Ətraflı oxu »

Yevlaxda icra hakimiyyəti qazi atasını get-gələ saldı – VİDEO

Yevlax rayon Havarlı kənd sakini Cavid Mustafayev 44 günlük Vətən müharibəsində iştirak edərək ayağının birini dizdən yuxarı itirib. Qazinin atası övladı ilə birgə 2 il öncə Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət edərək ona 3 sot sahibkarlıq məqsədi ilə torpaq verilməsini istəyib. İcra Hakimiyyəti müraciətə müsbət cavab verib və kənd bələdiyyəsinə …

Ətraflı oxu »

Naxçıvanda Nərimanovun büstü yerinə qaytarıldı – Fotolar

Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən “Böyük bağ” ərazisindəki büstü yerinə qaytarılıb. Aprelin 1-də təmir üçün yerindən götürülən büst dünən axşam saatlarında bərpa edilərək yerinə qoyulub. Naxçıvan İcra Hakimiyyətindən bildirilib ki, büst mərmər zavodunda təmir olunub və yenidən bərpa edilib. 

Ətraflı oxu »