Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Bölgələr (səhifə 4)

Bölgələr

Bərdəlilərin kabusuna çevrilən kənd yolları – VİDEO

Bərdənin Məmmədli kəndi uzun müddətdir asfalt üzünə həsrət qalıb. Sakinlər bildiriblər ki, aidiyyəti orqanlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb: “Kəndimizə təcili tibbi yardım, taksi gəlmir. Neçə dəfə bu kənddə ev yanıb. Yanğınsöndürənlər yanıb qurtarandan sonra gəlib çata biliblər”. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, …

Ətraflı oxu »

Xaçmazda dəhşətli qətl hadisəsinin təfərrüatları

Xaçmazda 66 yaşlı Yergüc kənd sakini Səfurə Balacayevanın xüsusi amansızlıqla öldürülməsi faktı ilə bağlı bəzi təfərrüatlar məlum olub. Bu barədə mərhumun oğlu, rayonun Qusarçay kəndində yaşayan Zaur Balacayev jurnalistlərə açıqlama verib.  Z.Balacayev bildirib ki, anası hadisə zamanı evdə tək olub, qanlı olay martın 20-də gecə saatlarında baş verib. Onun sözlərinə görə, …

Ətraflı oxu »

Qarabağda yaşayış məntəqələrinin sayı azaldılacaq – VİDEO

Böyük Qayıdış layihəsi çərçivəsində Qarabağda infrastruktur işləri sürətlə davam etdirilir. Görülən proseslərə uyğun olaraq, Qarabağda yaşayış məntəqələrinin sayı azaldılacaq. İşğaldan əvvəl Qarabağda 936 yaşayış məntəqəsi mövcud olub. Böyük Qayıdış layihəsi çərçivəsində bu sayın 316-a endirilməsi planlaşdırılır. Bəs prosesin icrası hansı zərurətdən yaranıb? Yaşayış məntəqələrinin sayı azalsa, bu, evlərin əvvəlki otaq …

Ətraflı oxu »

Gəncədə yağan güclü yağış hansı fəsadlara yol açıb? – VİDEO

Gəncədə gün ərzində yağan güclü yağış şəhərin bəzi yaşayış məhəllələrində bir sıra fəsadlar törədib. Yağıntıdan ən çox zərər görənlər bu dəfə də şəhərin Məhsəti qəsəbəsinin sakinləri olublar. Yağış suları həyətyanı sahələrə, evlərə, zirzəmilərə dolub. “7-8 küçənin suyu axıb bura yığılır. Dövlət nümayəndələri deyirlər ki, bu işlə bacara bilmirik. Biz sıravi …

Ətraflı oxu »

Şahbuzda döyüldüyü deyilən şagirdin ailəsi polisin təzyiqinə məruz qalır?

Şahbuz rayon Sələsüz kənd tam orta məktəbində 7-ci sinif şagirdinin təhsil müəssisəsinin işçiləri tərəfindən zorakılığa və təhqirlərə məruz qaldığı iddia olunur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib ki, məsələ araşdırılır.Zorakılığa məruz qaldığı deyilən şagirdin ailəsinin polis tərəfindən hədələndiyi iddia edilir.Bu barədə “Gündəlik Naxçıvan”a sözügedən şagirdin qohumları məlumat verib.İddiaya görə, Şahbuz …

Ətraflı oxu »

Şuşaya çəkilən yeni avtomobil yolu bu il istifadəyə veriləcək (FOTOLAR)

Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən, 81,6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun böyük hissəsinin inşası başa çatıb. Bunu işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib. “Böyük ehtimalla, bu ilin sonuna qədər yolun inşası …

Ətraflı oxu »

Gəncədə yaşı üç min ili ötən kurqanlar təhlükədə – VİDEO

Tikinti işlərinin ərazisi genişlənərsə mühüm tarixi faktların tədqiq olunması perspektivi təhlükə altında qala bilər. Söhbət Gəncə ərazisində 2017-ci ildə aşkar olunmuş kurqanların taleyindən gedir. Ərazidə ilk arxeoloji tədqiqat 2017-ci ilin payızında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun xüsusi ekspedisiyası tərəfindən aparılıb. Yaşı təxminən 3.300 il olan, son Tunc dövrünə aid kurqanlar …

Ətraflı oxu »

Goranboy-Naftalan-Tərtər yolunda sel suları nəqliyyatın hərəkətində çətinlik yaratdı – FOTO

Goranboy-Naftalan-Tərtər yolunun Goranboy rayon ərazisindən keçən hissəsində yerləşən körpünün yaxınlığında sel suları nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Güclü yağışdan sonra yaranan problemlər avtomobillərin hərəkəti ilə yanaşı, həmçinin nəqliyyat vasitələrinə ziyan da vurub. Nəticədə avtomobillərdə nasazlıq yaranıb və yolda qalıblar. Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.

Ətraflı oxu »