Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr (səhifə 35)

Bölgələr

FHN Lerikdə evləri dağılan şəxslərə çadır ev qurub – VİDEO

Fövqəladə Hallar Nazirliyinə Lerik rayonu, Hamarmeşə kənd sakinləri Əhmədov Rauf Rakif oğlu və Fətullayev Orucəli Camal oğluna məxsus evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lerik rayonu, Hamarmeşə kənd sakinləri R.Əhmədov və O.Fətullayev üçün müvəqqəti yaşayış …

Ətraflı oxu »

Baş nazir Naxçıvanla bağlı qərar verdi

Naxçıvan Lift Xidməti və Naxçıvan Yaşıllaşdırma Xidməti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Şəhər İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.

Ətraflı oxu »

Naxçıvanda toydan qayıdanlar qəzaya düşdü, 5 nəfər öldü

Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.Rayonun Kərki və Böyükdüz kəndləri arasında iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 5 nəfər ölüb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Qəzada yaralı olan beş nəfərin vəziyyəti də ağır qiymətləndirilir. Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.Faktla bağlı araşdırma aparılır.

Ətraflı oxu »

Söyüdlü sakini: “Polislər oğlumu postda saxlayıb dubinka ilə döyüblər”

Kənd sakini: “Polislər hamını qorxu içində saxlayırlar” “Dünən axşam azyaşlı oğlumu maşınla gedəndə postda saxlayıblar,  deyiblər elə səni axtarırdıq. 4-5 nəfər polis dubinka ilə onu döyüb. Oğlum qaçıb xilas ola bilib.  Bundan əvvəl aksiyada da polislər ayağından rezin güllə ilə vurublar. İndi də hədələyirlər ki, onu tutacağıq”. Gədəbəyin Söyüdlü kənd sakini …

Ətraflı oxu »

“Naxçıvanda müharibə əlillərindən avtomobillər geri alınmayıb” – Nazirlik

Naxçıvan Muxtar Respublikasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilmiş avtomobillərin geri alınması məlumatları əsassızdır.Bu barədə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd edilib ki, bəzi internet və sosial şəbəkə səhifələrində muxtar respublikada ötən dövr ərzində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilmiş avtomobillərin guya geri alınması ilə …

Ətraflı oxu »

Naxçıvan və Şərurda tekstil fabrikləri açılacaq

Naxçıvan və Şərurda tekstil fabrikləri açılacaq. Bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev deyib. Tikinti sektorundakı durğunluğun səbəbinin bu günə qədər muxtar respublikada aparılan tikinti işlərində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqələndirən nazir yaxın bir ay ərzində həm dövlət sifarişi, həm də özəl tikinti sektorunda işlərin bərpa olunacağını vurğulayıb. T.Əliyev …

Ətraflı oxu »

Bakıdan Naxçıvana uçuşlar qeyri-müəyyən müddətə təxirə salındı

Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti “Azərbaycan Hava Yolları” QSC-nin Naxçıvan istiqamətində uçuşlarının cədvəlinə təsir etməkdə davam edir.“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən  verilən məlumata görə, əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.AZAL gecikmiş reyslərin sərnişinlərindən aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və …

Ətraflı oxu »

Başçı: “Kim ki deyir, polis vətəndaşı döyür, o dövlət xainidir”

Xəbər verdiyimiz kimi, bu gün Gədəbəy sakinləri Söyüdlü kəndi ərazisində ikinci süni gölun yaradılmasına etiraz aksiyası keçiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov da aksiya keçirilən əraziyə gəlib.İcra başçısı jurnalistlərin suallarını cavablandırarkən polislərin vətəndaşları döyməsi iddiasını yalanlayıb.Bu barədə “Ecobill” səhifəsi görüntülər yayıb.“Vətəndaşları heç kim döymür. Ay camaat, kim ki deyir …

Ətraflı oxu »

Beyləqanın yolları 437 min “yeyəcək” – Vegri borcu olan şirkətlə müqavilə

Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi “Aztimont” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə maliyyə dəyəri 437.175,6 AZN olan satınalma müqaviləsi imzalayıb.Müqavilə Beyləqan şəhərində yolların əsaslı təmiri işləri ilə bağlıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Aztimont” ASC 20 iyul 2005-ci ildə qeydiyyata alınıb. …

Ətraflı oxu »