Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr (səhifə 31)

Bölgələr

“Vaqonda yaşayan fəhlənin boynuna 33 kilo nəşə qoyublar”

Astara rayonunun Ərçivan kənd sakini Aslan Qasımov bir aydan çoxdur, narkotik ittihamı ilə həbs olunub.  Anası Rəvayət Qasımova danışır ki, oğlu ailəsi ilə birlikdə bu vaqonda yaşayırdı. Fəhləlik edib, günə 10-15 manat qazanıb ailəsini dolandırırdı. İndi isə Aslanın həyat yoldaşı və 11 yaşlı oğlu hər gün çiyələk yığmağa gedirlər ki, …

Ətraflı oxu »

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb. Qərarda deyilir: Növbədənkənar sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi; 2. “Dövlət sosial müdafiə fondunun …

Ətraflı oxu »

“Naxçıvanda NK-nın qərarı işləmir, buğdanı məcbur 100 manat ucuz satırıq”

Naxçıvanda fermerlərin əkib-becərdikləri buğdanının bir tonunu dövlətin təyin etdiyi qiymətdən 100 manat ucuz satmaq məcburiyyətində qaldıqları bildirilir.Bu barədə “Gündəlik Naxçıvan”a bir qrup fermer məlumat verib.Məlumata görə, buna səbəb buğdanı onlardan satın alan dəyirman-tədarük məntəqələrinin bir əldə cəmlənməsdir. Fermerlər deyirlər ki, buğdanı satmaq üçün alternativ variantları olmadıqda yüksək vəzifəli məmurların nəzarətində …

Ətraflı oxu »

Ərindən boşanmaq istəyən 24 yaşlı qadın gecə yatarkən öldürülüb – VİDEO

Ərindən boşanmaq istəyən qadın qətlə yetirilib. Hadisə Qubanın Mahmudqışlaq kəndində qeydə alınıb. 24 yaşlı Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ölən qadının valideynləri bildirir ki, hadisə boşanmaq üstündə olub. Vasif Əliyev “Xəzər Xəbər”ə deyib ki, bir neçə aydır ata evində qalan qızını onun əri gecə …

Ətraflı oxu »

İcra başçısının nəzarətində olan müəssisənin külli miqdarda borcu üzə çıxdı – FOTO

Şəmkir Rayon İcra hakimiyyətinin tabeliyində olan Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat Təmir İstismar İstehsalat sahəsinin dövlətə külli miqdarda vergi borcu olduğu məlum olub.Azinforum.az-ın əldə etdiyi məlumata görə, müəssisəsnin hazırda dövlətə 160 min manatdan çox – dəqiqliyi ilə qeyd etsək 163387.26 AZN vergi borcu mövcuddur.Şəmkir şəhər HEYDƏR ƏLİYEV PROSPEKTİ, …

Ətraflı oxu »

Bərdədə bazar niyə bağlanıb? – VİDEO

Bərdədə bir müddət əvvəl yanmış bazarın fəaliyyəti müvəqqəti dayandırılıb. Xezerxeber.az-ın məlumatına görə, bazarın bağlanması sahibkarların narazılığına səbəb olub. Əraziyə girişin qadağan olunmasına səbəb bazarın təhlükəsizlik standartlarına cavab verməməsidir. Fövqəladə Hallar Nazirliyi tərəfindən bazarın giriş-çıxışına xəbərdarlıq lentləri vurulub. Sahibkarlar bildirirlər ki, bazarın bağlanması onlara böyük maddi ziyan vurur. Onlar qeyd ediblər …

Ətraflı oxu »

Zaqatalada itkin düşmüş şəxslər tapılaraq xilas edilib

Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan iki nəfər təxliyə olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, səyahət məqsədilə ötən gün Zaqatalaya gələn turistəri çətin relyefli dağlıq ərazidən Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları təxliyə ediblər. Onlar polis əməkdaşlarının da iştirakı ilə …

Ətraflı oxu »

Şahin Bağırov Naxçıvanda səfərdədir

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Naxçıvanda səfərdədir. DGK sədri Şahin Bağırov və komitənin nümayəndə heyəti iyulun 22-də Naxçıvana Naxçıvana səfərə gəliblər. Səfər çərçivəsində DGK sədri Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək. Gün ərzində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Ətraflı oxu »

Naxçıvanda yararsız layihələndirilən məktəb binası söküldü – Video

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Hacıvar kənd tam orta məktəbi yeni inşa olunmasına baxmayaraq, layihəsinin yararsız olması və inşaat işlərinin düzgün aparılmaması səbəbindən sökülüb.Bu barədə Naxçıvan televiziyasının videomaterialında deyilir.Bildirilir ki, kənddə müasir üslubda yeni tədris binası tikiləcək.Qeyd edək ki, iyulun 13-ü Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli …

Ətraflı oxu »

Vəndam qəsəbəsində elektrik xətləri təhlükə mənbəyinə çevrilib – VİDEO

Qəbələnin Vəndam qəsəbəsində elektrik xətləri yararsız vəziyyətdə olduğundan 200-dən çox ailəni elektirik enerjisi ilə tam təmin edə bilmir.Sakinlər deyirlər ki, elektrik avadanlıqlarından da istifadə edə bilmirlər.Hətta işıq dirəklərinin bəzilərinin sıradan çıxması da  təhlükə mənbəyidir.Qəbələ Elektrik şəbəkəsinin mühəndisi Gümrah Aydəmirov bildirib ki, qəsəbənin 80 faizi, yəni 2700 dən çox abonentin yaşadığı …

Ətraflı oxu »