Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma (səhifə 9)

Araşdırma

MİDA-dan prezidentə şikayət edən iş adamı həbs edildi-Video

2017-ci ildə MİDA-nin tikinti işlərində suppodratçı kimi dəyəri 1 milyon manata yaxın iş görən Tərtər rayon sakini Nizam Mustafayev bu gün Yasamal rayon 26-cı polis bölməsinin əməkdaşları tərəfindən şəhərin mərkəzində, videokameralarla müşahidə olunan yerdə, polisə müqavimət göstərərək inzibatı xəta ilə rəsmləşdirilərək, müdafiəçisinin iştirakı olmadan saxlanılıb. Nizam Mustafayevin vəkili Araz Allahverdiyevin …

Ətraflı oxu »

Ərzaqla təminatda idxaldan asılılıq əsassız bahalaşmaya haqq qazandırır? – ARAŞDIRMA

Azərbaycanın ərzaq məhsulları idxalına çəkdiyi xərc ildən-ilə artır. Gömrük statistikasına görə, bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 milyard manata yaxın – 921 969.26 min ABŞ dollarına bərabər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 milyon 902 min dollar və ya 5,3 faiz çoxdur. …

Ətraflı oxu »

Xəlil Göyüşova su kimi gələn milyonlar hansı kanallarla, kimlərin arasında bölüşdürülür – SENSASİON FAKTLAR

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Şəmkir maşın kanalının II növbəsininin zonasında təsərrüfatlararası paylayıcı kanalların layihələndirilməsi və tikintisi işlərinin satınalınması məqsədilə elan etdiyi açıq tenderə yekun vurub.Tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC olub və tərəflər arasında 8 990,846,26 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 30.05.2023-cü …

Ətraflı oxu »

FHN-də şöbə rəisi olmaq istəyən Leyla Zamanovanın qohumları yüksək vəzifələr tutur

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin maliyyə şöbəsinin rəisi Anar Ələkbərov vəzifəsindən azad olunduqdan sonra bu vəzifəyə iddialı olanlardan biri də Leyla Zamanovadır. Leyla xanım hazırda şöbə rəisinin baş köməkçisi vəzifəsində çalışır. Məlumat Qaynarinfo-da dərc olunandan sonra mövzu ilə bağlı bir çox maraqlı məqamlar ortaya çıxıb. Məlum …

Ətraflı oxu »

Şəkidəki sərhədçilərlə bağlı problem öz müsbət həllini tapdı-VİDEO

Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz sosial şəbəkə hesabında Şəkidən hazırladığı videoreportaja verilən reaksiya ilə bağlı münasibətini açıqlayıb. Azinforum.az həmin mövqeni təqdim edir: “Şəkinin Baş Kəldək və Oraban kəndlərinin çıxışında sərhədçilərin qanunsuz fəaliyyəti ilə bağlı təqdim etdiyim videoreportaja Sərhəd Qoşunlarının Komandanı Araz Məmmədovun səviyyəsində reaksiya verildi. Mənə bu cür halları işıqlandırmağıma …

Ətraflı oxu »

Ermənistanda casus proqramı ilə 12 nəfər izlənilib, Azərbaycanla bağlı şübhələr var

“Citizen Lab”-in davamlı internet skanı və DNS keşin yoxlaması nəticəsində Azərbaycanda “BOZBASH” və “YANAR” adlandırılan şübhəli ən azı iki “Pegasus” operatoru olduğu müəyyən edilib”. Rəqəmsal təhlükəsizliklə bağlı ixtisaslaşmış “Access Now” bu sahədə olan digər təşkilatlarla birlikdə Ermənistanda casus proqramlarının qurbanlarını müəyyənləşdirib. Qurbanların siyahısında Ermənistanın keçmiş Ombudsmanı, Azadlıq Radiosunun erməni xidmətinin …

Ətraflı oxu »

İşsizliklə bağlı son statistika – 300 min, yoxsa… – ARAŞDIRMA

“Bu gün Azərbaycanda 300 minə yaxın işsiz var”. Bunu  Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, ölkələrdə işsizlərin sayını statistika qurumları müəyyən edir: “Beynəlxalq Əmək Təşkilatının metodologiyasına uyğun olaraq işsizlərin ehtimal edilən sayı müəyyənləşdirilir. Bir də işsizlərin qeydiyyatı məsələsi var. Bu zaman ölkələrdə məşğulluq orqanlarına …

Ətraflı oxu »

Sumqayıt Tibb Mərkəzinin direktorunun 3 milyonluq yeyintisi…

“Sumqayıt Tibb Mərkəzin”də baş verən qanunsuzluqlarla bağlı Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi başlanılıb.Bu barədə bir neçə gün öncə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yaymışdır. Mətbuat xidmətinə istinadən yayılan xəbərdə deyilirdi ki, “Sumqayıt Tibb Mərkəzi”  PHŞ tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə …

Ətraflı oxu »

UKRAYNANIN ƏKS-HÜCUMU NƏDƏN ASILIDIR?

Artıq iki aya yaxındır ki, beynəlxalq siyasi icmalçılar və hərbi ekspertlər Ukrayna ordusunun gözlənilən əks-hücumundan yazır, onun həlledici olacağı barəsində müxtəlif fikirlər səsləndirirlər. Ukraynanın Rusiya üzərində silah və hərbi texnika üstünlüyü əldə etməsi birbaşa Qərbdən asılıdır və görünür ki, Ukrayna hələ istədiyi resursla tam təchiz edilmədiyi üçün strateji hücum əməliyyatına …

Ətraflı oxu »

Bu da Elçin Quliyevin TENDER ORTAQLARI… – SİYAHI

Dövlət Sərhəd Xidməti 10 tenderin nəticələrini elan edib.Azinforum.az FED.az-a istinadla xəbər verir ki, “İntellekt M.A” MMC, “Tügə” MMC və “Azeli Textil” MMC hər biri iki tenderin, “Teymur Collection” MMC üç tenderin, Vüqar Əlizamin Oğlu Əliyev, “Gözəl” Müstəqil Çoxprofilli İstehsalat Kooperativi və “Best Valves” MMC isə bir tenderin qalibi olublar.12 tenderin …

Ətraflı oxu »