Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma (səhifə 580)

Araşdırma

Tərtər sakini Bakıda bacısının ərini borca görə qətlə yetirdi

Daxili İşlər Nazirliyinin məlumatına əsasən Virtualaz.org xəbər verir ki, yanvarın 20-də Tərtər rayon sakini Ziya Əzizovun yaşadığı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən yataqxanaya verdiyi pul borcunu almağa gəlmiş bacısının əri Bərdə rayon sakini Vasif İsmayılovla aralarında baş vermiş münaqişə zəminində Z.Əzizov bıçaqla V.İsmayılova xəsarət yetirib və hadisə yerini tərk edib. …

Ətraflı oxu »

Döyülüb öldürülən jurnalistin anası: “Oğlumu Cavid Hüseynov aldadıb evdən çıxardı…”

Döyülərək öldürülən jurnalist Rasim Əliyevin anası iş üzrə bu gün keçirilən məhkəmə prosesində ifadə  verib və bunları deyib:”Rasimə bir neçə dəfə zəng gəldi. Mənə Cavid Hüseynovun zəng etdiyini dedi. Rasim həmin vaxt aralarından olan söhbəti mənə danışdı. O, telefonla Cavidə söyüş söyməyib. Cavid ona yenidən zəng vurdu ki, “bibim oğlu səninlə …

Ətraflı oxu »

“Palmali”nin direktoruna cinayət işi qaldırıldı

 Rusiyada azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” ASC şirkətinin direktoruna qarşı xüsusilə iri məbləğdə vergidən yayınma ittihamı üzrə cinayət işi qaldırılıb. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Rostov vilayətinin hüquq-mühafizə orqanları tərəfindən qaldırılmış cinayət işinə əsasən “Palmali” gəmiçilik şirkətinin direktoru Aleksey Mixelyev 1 milyard 282 milon rubl məbləğind vergini gizlətməkdə …

Ətraflı oxu »

Azərbaycanda “rus arağı” istehsal edənlər tutuldu

Abşeron rayonunda saxta araq və viskilər hazırlayıb dükanlarda satışa çıxaran 3 nəfər müəyyən edilib.  Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Baş İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakini Səlim Əbdürrəhimovun Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki bağ massivində qurduğu …

Ətraflı oxu »

“Qiyamçı” müstəntiqin şikayətinə baxılacaq

Barəsində həbs-qətimkan tədbiri seçilmiş Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub. R.Səfərovun vəkili Bəhruz Bayramovun Trend-ə verdiyi məlumata görə, R.Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayətinə Apelyasiya Məhkəməsində yanvarın 22-də baxılacaq. Prosesə hakim Ramazan Qocayev sədrlik edəcək. Vəkilin sözlərinə görə, …

Ətraflı oxu »

Qubada oteldə qətl edilən qızın atası universitet müəllimi çıxdı – FOTOLAR

Qubada oteldə öldürülən qız müəllim ailəsindən olub.  Azinforum.az Criminal.az-a istinadən xəbər verir ki, Qəçrəşdəki “Retro” istirahət mərkəzində qətlə yetirilən Könül Zalovanın atası müəllimdir. Məlumata görə, Zülfi Zalov Sumqayıt Dövlət Universitetində işləyir. Onların əlaqəsinin olmadığı bildirilir. Könülün isə bir azyaşlı övladı var. Xatırladaq ki, 1978-ci il təvəllüdlü Könül Zalova 1982-ci il təvəllüdlü Elməddin Əhmədov …

Ətraflı oxu »

Cəzaçəkmə Müəssisəsində məhbus nəzarətçini döydü

Bakıda Cəzaçəkmə Müəssisəsində məhkum nəzarətçini döyüb. “Report”un xəbərinə görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəndə baş verib. Müəssisədə cəza çəkən 1992-ci il təvəllüdlü Kamil Fərəcov orada nəzarətçi işləyən ədliyyə kiçik giziri, 1985-ci il təvəllüdlü Kənan Fəxrəddin oğlu Kərimovu döyüb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi …

Ətraflı oxu »

Oteldə öldürülən xanım Zalova kimin qızıdır?

Qəçrəşdəki “Retro” istirahət mərkəzində çoxsaylı xəsarətlərlə qətlə yetirilən Könül Zalova ilə bağlı maraqlı məlumatlar əldə etdik. Azinforum.az criminal.az-a istinadla xəbər verir ki, K. Zalova müəllim ailəsindəndir. Onun atası Zülfi Zalov Sumqayıt Dövlət Universitetinin müəllimidir. K.Zalovanın bir azyaşlı ovladı var. Onun hansı səbəbdən qətlə yetirilməsi məlum deyil. Bundan başqa K.Zalovanın məşhur …

Ətraflı oxu »

Süni qiymət artımına görə 4 cinayət işi açıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə, o cümlədən bilavasitə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması ilə əlaqədar Sumqayıt, Mingəçevir, Ağstafa, Xaçmaz şəhərlərində İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə reydlər keçirilib. İqtisadiyyat Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən virtualaz.org-a daxil olan məlumatda bildirilir ki, reydlər …

Ətraflı oxu »

Nardaran Ağsaqqallar Şurasının sədri azadlığa buraxılıb

Bir neçə müddət bundan öncə həbs edilən Nardaran Ağsaqqallar Şurasının sədri azadlığa buraxılıb. Bu barədə İslaminSesi-nə ailə üzvləri məlumat veriblər. Verilən məlumatda qeyd edilir ki, Natiq Kərimov barədə bu gün məhkəmə iclası keçirilib və barəsində həbsdən azad edilməsi barədə qərar çıxarıb. Qeyd edək ki, bir neçə gün bundan öncə Səbail …

Ətraflı oxu »