Ana səhifə / Araşdırma (səhifə 576)

Araşdırma

“Say” qəzetinin apelyasiya şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində “Say” qəzetinin “Respublika” qəzetinə və “Dan Ulduzu” MTK-ya qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsində “Respublika” qəzeti redaksiyası və “Dan Ulduzu” MTK-nın xeyrinə çıxarılan qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb. 2015-ci ildə “Say” qəzeti …

Ətraflı oxu »

DTX xarici ölkəyə casusluq edən azərbaycanlı vətəndaşı həbs edilib

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici ölkəyə casusluq edən Azərbaycan vətəndaşını həbs edib. DTX-nin İctimai əlaqələr şöbəsindən APA-ya daxil olan məlumatda bildirilib ki, xidmətin həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi …

Ətraflı oxu »

Onurğası sınan “Azəriqaz” işçisi döyüldü, yoxsa…

Xəzər rayonu Türkan qəsəbəsində yerli sakinlər tərəfindən döyülərək xəsarət aldığı deyilən “Azəriqaz” İstehsalat Birliyinin qaz qaynaqçısı, Məhərrəmov Məhərrəm Qamət oğlu haqqında maraqlı faktlar ortaya çıxıb. “ Azinforum.az ”ın ans press-ə istinadən məlumatına görə, dünənədək döyülərək onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən idarə əməkdaşının bu gün …

Ətraflı oxu »

Sədr müavini ilə bağlı həbs qətimkan – Dövlətə xəyanətdə ittiham olunur

Dövlət Təhlükəsizliyi Xidməti İslam Partiyasının keçmiş sədr müavini İnqilab Əhədovla bağlı məlumat yayıb. “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, DTX-nin həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən …

Ətraflı oxu »

İsa Əzizov məhkəməyə çıxarıldı: “Peşimanam, içkiliydim…”

Bakı Apellyasiya Məhkəməsində general Məhərrəm Əliyevin qohumu İsa Əzizovla bağlı məhkəmə prosesinin təfərrüatları məlum olub. Əməkdaşlarımız xəbər verir ki, İsa Əzizovun Bakıda olduğu təsdiqlənib və o məhkəmə qarşısına çıxarılıb. Hakimin “törətdiyin əmələ görə özünüzü təqsirli bilirsinizmi?” sualına İsa Əzizov “bəli” cavab verib. Prosesi izləyən əməkdaşımız xəbər verir ki, İsa Əzizov …

Ətraflı oxu »

Yanacaqdoldurma məntəqəsində mühafizəçini döyən idmançılara 30 sutka həbs verildi

Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançılar inzibati qaydada cəzalandırılıblar. APA-nın məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. Təqsirləndirilən şəxslər məhkəmə qərarından apellyasiya şikayəti veriblər. Qeyd edək ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın …

Ətraflı oxu »

“Bazarkom”un idmançı oğlu Bakıda “Rembo” rolunda

İsa Əzizov və dostları yanadacaqdoldurma məntəqəsində dava saldılar; generalın uzaq qohumu əvvəl törətdiyi cinayətlərə görə niyə cəzasız qalıb? Qudurğan, ictimai qaydaları kobud şəkildə pozan məmur övladlarının daha bir qovğası yanvarın 26-dan 27-nə keçən gecəyə təsadüf edib. Gecəyarısı Bakının Tiflis prospektindəki “Azpetrol” yanacaqdoldurma stansiyasına Az 90 HN 999 dövlət nömrə nişanlı …

Ətraflı oxu »

“Pulqıran” dəstə “vosmoy” bazarından yoxa çıxdı

Kriminal aləmin də pis baxdığı dələduzlar haqqında bilmədiklərimiz Əməkdaşlarımızın Nizami rayonundakı “Vosmoy” (8-ci kilometr bazarı) bazarından hazırladığı videoreportaj rezonans doğurub. Həmin reportajda bazarda bir dəstə dələduzun vətəndaşları iri kupyurlarını xırdalamaq adı ilə aldatdıqları, xırdaladıqları pulların bir hissəsini ələ keçirdikləri məlum olub. Dələduz dəstəsinin illərdir ki, bazarda fəaliyyətdə olduqları, cəzasızlıq mühitində …

Ətraflı oxu »

Bakıda qadın ərinin əmisinin boğazını kəsdi – DƏHŞƏT

Bu gecə Bakıda dəhşətli cinayət hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində, Turşu küçəsində qeydə alınıb. Fətəliyev Hökməli Ağaəli oğlu adlı orta yaşlı kişinin boğazı kəsilib. O yoldan keçənlərin köməyi ilə dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb və əməliyyat edilib. Hazırda reanimasiya şöbəsində olan …

Ətraflı oxu »

Deputatlar məhkəməyə müraciət edəcəklər

2008-ci il avqustun 1-də həbs edilən “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi illərdir davam edir. Buna səbəb dələduz bankirin ahıl atası Zakir Yusifovun absurd iddialarıdır. Cinayət işi üzrə təqsirləndirilən şəxslər 2010-ci il aprelin 27-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü …

Ətraflı oxu »