Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual (səhifə 966)

Aktual

“Hazırda ayrı-ayrı redaksiyaların bizə 1 milyona yaxın borcu var” – QALMAQAL

Ayrı-ayrı kütləvi informasiya vasitələrinin “Azərbaycan” Nəşriyyatına olan borcumunun ümumi məbləği açıqlanıb. “Azərbaycan” Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov “Ölkə.Az”a açıqlamasında bildirib ki, hazırda onlarla redaksiyanın Nəşriyyata külli miqdarda borcu var: “Hazırda ayrı-ayrı redaksiyaların bizə 1 milyona yaxın borcu var. Bu, 16-17 ilin borcudur ki, yığılıb qalıb. Onların arasında eləsi var ki, …

Ətraflı oxu »

Qarasu çayını zibilliyən zavod rəhbəri cərimələndi – FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsinin tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirliyin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, araşdırma zamanı Gədəbəy rayon məişət tullantıları poliqonunun hasara alınmaması səbəbindən tullantıların bir qisminin poliqona yaxın Qarasu çayı hövzəsinə …

Ətraflı oxu »

Naxçıvanda bu alimin irsi öyrəniləcək – Sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında Sərəncam imzalayıb. Sərəncamda orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr verdiyi, təsəvvüf və təfsir alimi kimi böyük şöhrət qazandığı qeyd olunur. Nemətullah Naxçıvani 1452-ci ildə Naxçıvanda …

Ətraflı oxu »

Azərbaycanda məhkəmələrə yeni hakimlər təyin olunacaq – Siyahı

Azərbaycanda bəzi məhkəmələrə yeni hakim təyinatları olacaq. “ Azinforum.az ” xəbər verir ki, Oxu.az-ın Milli Məclisdən (MM) əldə etdiyi məlumata görə, “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsi parlamentə daxil olub. Qanun layihəsi bu gün MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında da müzakirə olunub. Komitə üzvləri qanun layihəsi barədə …

Ətraflı oxu »

İstanbuldakı yeni hava limanının adı açıqlandı

İstanbulda istifadəyə verilən sayca üçüncü hava limanının adı məlum olub. “Qafqazinfo” xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan adın İstanbul Hava Limanı qoyulduğunu açıqlayıb. O, İstanbulun Türkiyənin ən dəyərli brendi olduğu üçün hava limanının bu adla adlandırıldığını bildirib. Ərdoğan Atataürk Hava Limanının taleyi haqqında danışıb və bu limanın fəaliyyət …

Ətraflı oxu »

Azərbaycandan gedən yük maşınları Rusiyaya buraxılmadı – VİDEO

Azərbaycandan Rusiyaya gedən yük maşınları dörd gündür ki, bu ölkənin gömrük xidməti tərəfindən Dağıstan ərazisində saxlanılıb. Bu barədə “Qafqazinfo”ya sürücülər məlumat veriblər. Onlar bildirirlər ki, maşınlar Dağıstan ərazisindəki Cənub Gömrük Terminalından buraxılmır. Təxminən 150-ə yaxın yük maşını içi dolu yüklə gömrükdə qalıb. Sürücülər deyirlər ki, onlar Azərbaycandan alma, xiyar-pomidor, göyərti …

Ətraflı oxu »

İçərişəhərdəki restoranların fəaliyyəti dayandırılıb

İçərişəhərdə Kiçik Qala küçəsində olan restoranların fəaliyyəti müvəqqəti dayandırılıb. Bunu Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Zeynəb Cahan deyib. Z.Cahanın sözlərinə görə, hazırda İçərişəhərdə bir sıra yenidənqurma işləri gedir: “İçərişəhər bütövlükdə mədəni tarixi abidə olduğuna görə, orada bərpa-yenidənqurma işləri aparılır. Bu işlərlə əlaqədar Qoşa Qala Qapısının yaxınlığında yerləşən restoranların …

Ətraflı oxu »

Miqrasiya Xidmətində kadr dəyişikliyi – Elnur Kələntərli yenidən vəzifə verildi

Dövlət Miqrasiya Xidmətində (DMX) növbəti kadr dəyişikliyi olub. DMX-nın İctimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, I dərəcəli miqrasiya xidməti qulluqçusu, əməkdar jurnalist Füzuli İsmayılov vəzifəsindən azad edilib. İdarənin rəis müavini vəzifəsinə jurnalist Elnur Kələntərli təyin edilib. Qeyd edək ki, Elnur Kələntərli 25 aprel 1976-cı ildə Bakı şəhərində doğulub. “Space” televiziya kanalında, Əmək …

Ətraflı oxu »

“Mardan Palace” hoteli barədə – SON QƏRAR

Dünyanın ən lüks otelləri arasında yer alan “Mardan Palace” hotelinin satışı üçün geri sayım başlayıb. Open.az türk mətbuatına istinadən xəbər verir ki, 2009-ci ildə keçmiş azərbaycanlı milyarder Telman İsmayılov tərəfindən açılan, lakin borclarına görə Halk Bankına verilən hotel üçün son mərhələnin olduğu bildirilib. Bu barədə “Titanic Hotels”in idarə heyətinin sədri …

Ətraflı oxu »

Ali Məhkəməyə yeni hakim təyin olunur – Milli Məclisin işlər müdirinin oğluna yeni vəzifə

Ali Məhkəməyə yeni hakim təyin olunur. Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilir. “Məhkəmələr və hakimlər haqqında” qanuna uyğun olaraq, Sənan Firudin oğlu Hacıyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Sənan Hacıyev Milli Məclisin işlər müdiri Firudin Hacıyevin oğludur. Qanun layihəsinə Milli …

Ətraflı oxu »