Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Zöhrə Abdullayeva vəfat etdi

Zöhrə Abdullayeva vəfat etdi

Əməkdar artist Zöhrə Abdullayeva 68 yaşında dünyasını dəyişib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, müğənni uzun müddət idi ki, nadir xəstəliklərdən hesab edilən sklerodermiyadan əziyyət çəkirdi.

Xatırladaq ki, Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Əvvəl “Lalə qızlar anasmblının”, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.
Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa edib. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisin tərənnüm edib.
Z.Abdullayevanın oğlu 2018-ci ildə ağır xəstəlikdən vəfat edib.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …