Ana səhifə / Cəmiyyət / Ziya Məmmədovun qardaşı oğlunun həbs xəbəri yayıldı

Ziya Məmmədovun qardaşı oğlunun həbs xəbəri yayıldı

Məlumatlara görə, xüsusi təyinatlılar Aynar Məmmədova məxsus kafedə əməliyyat apararaq, onu və daha 20 məmur övladını həbs edib

Oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan, “Şüşəli bazar”ın yanındakı “Nar” kafesini xüsusi təyinatlılar mühasirəyə alıb, içəridəkiləri, o cümlədən kafenin sahibi Aynar Məmmədovu həbs edib. Həbs edilənlər MCQMİ-yə (bandotdel) aparılıb.

Bu barədə məlumat sosial şəbəkədə yayılıb. Məlumatı azadliq.info-ya etibar etdiyi mənbələrdən biri eynilə təkrarlayıb. Mənbə onu da əlavə edib ki, Aynar Məmmədovla birlikdə, həmin vaxt kafedə olan daha 20 nəfərə yaxın məmur övladı həbs edilib. Həbs edilənlərdən biri də Xəzər rayonun icra başçısının müavini Vaqif Həsənovun oğludur.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın