Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Ziya Məmmədovun ölkədən getməsi xəbərinə reaksiya “Vətəni şərəfsizlər tərk edər!”

Ziya Məmmədovun ölkədən getməsi xəbərinə reaksiya “Vətəni şərəfsizlər tərk edər!”

Keçmiş nazir Ziya Məmmədovun ölkəni tərk etməsi barədə informasiya yayılıb. Bildirilib ki, eks-nazir ölkəni həmişəlik tərk etmək qərarına gəlib.
Modern.az saytı məsələni dəqiqləşdirmək üçün keçmiş nazirin qardaşı Elton Məmmədovla əlaqə saxlayıb. Eks-deputat saytımıza açıqlamasında deyib ki, xəbər həqiqəti əks etdirmir.
“Ölkəni də, vətəni də şərəfsizlər tərk edər! Ziya Məmmədov ölkəsini, vətənini niyə tərk etməlidir ki?!”.
Sabiq deputat Elton Məmmədov mətbuatın Ziya Məmmədovla bağlı ona sual ünvanlamasını yaxşı qarşılamadığını da deyib.
“Dəfələrlə bütün mətbuat nümayəndələrinə demişəm ki, mənimlə bağlı nə sualınız varsa, cavablandırmağa hazıram. Amma Ziya Məmmədovla bağlı mənə sual verməyin!”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın