Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Zeynəb Xanlarova ABŞ-da xeyriyyə fondu yaradıb, 3 mərtəbəli bina tikdirib (FOTOLAR)

Zeynəb Xanlarova ABŞ-da xeyriyyə fondu yaradıb, 3 mərtəbəli bina tikdirib (FOTOLAR)

Azərbaycan Milli Məclisinin deputatı, xalq artisti Zeynəb Xanlarova Amerikada xeyriyyəçiliklə məşğuldur.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, xalq artisti hələ 7 il əvvəl Amerikada “Zeynab Khanlarova Foundation”u  təsis edib. Orada xeyriyyəçiliklə məşğuldur.

“2013-cü ildə Brooklyn-də, Sheepshead Bay Rd 1629 ünvanında tikdirdiyi 3 mərtəbəli binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir. İkinci mərtəbə yerli hüquq firmalarından birinə icarəyə verilib. Ən alt qatında isə Avropa mətbəxi ilə tanınan “Esquiri” restoranı yerləşir. 2500 fut (232.2 kv. m.) sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib. Yəni aylıq icarəsi 10 min dollar! İcarədən gələn vəsait isə Amerikada xeyriyyə işləri ilə məşğul olan fonda gedir” -deyə C.Həsənli Fondun fotolarını da paylaşıb.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …