Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Zakir Qaralovun qardaşı oğluna vəzifə verildi – FOTO

Zakir Qaralovun qardaşı oğluna vəzifə verildi – FOTO

Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub.

Mərkzədən verilən məlumata görə, tibb üzrə fəlsəfə doktoru, uzman-neyrocərrah Fərid Qaralov tibb müəssisəsinin Neyrocərrahiyyə şöbəsinin müdiri təyin olunub.
Qaralov Fərid Əziz oğlu 1982-ci il martın 12-də Bakı şəhərində anadan olub. 1989-1999-cu illərdə orta təhsilini Bakı şəhəri, Suraxanı rayonu 275 saylı orta məktəbdə alıb. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində təhsil alıb. 2006-2012-ci illərdə təhsilini Türkiyənin EGE Universitetində Neyrocərrahiyyə ixtisası üzrə davam etdirib. 2012-ci ildən etibarən ATU-nun Neyrocərrahiyyə kafedrasının assistenti, daha sonra ATU Tədris Cərrahiyyə Klinikasında Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman-neyrocərrah kimi fəaliyyət göstərib.
F.Qaralov bir çox beynəlxalq, yerli neyrocərrahi konfrans və kurslarda iştirak edib.

Qeyd edək ki, F. Qaralov sabiq Baş Prokuror Zakir Qaralovun qardaşı oğludur.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …