Ana səhifə / Cəmiyyət / Zakir Qaralov vəzifəli şəxslə bağlı şikayətixüsusi nəzarətə götürüb

Zakir Qaralov vəzifəli şəxslə bağlı şikayətixüsusi nəzarətə götürüb

Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsində Kommersiya sektorunun müdiri vəzifəsində işləyən şəhər sakini Gülnar Günəşli müraciəti ilə bağlı noyabrın 7-də Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək dinlənilib.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O bildirib ki, Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayev tərəfindən ləyaqətinin mütəmadi olaraq alçaldılması, hədələnməsi və ona qarşı yol verilmiş digər qanun pozuntuları ilə bağlı şikayətçinin göstərdiyi xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması və qanunamüvafiq qərarın qəbul edilməsi üçün Gəncə şəhər prokurorluğuna müvafiq tapşırıqlar verilib.

Vətəndaşın müraciəti üzrə araşdırma Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …