Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Zakir Fərəcovun keçmiş kürəkəninin yerinə TƏYİNAT

Zakir Fərəcovun keçmiş kürəkəninin yerinə TƏYİNAT

Baş Prokurorluqda yeni təyinatlar olub.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Əmrlə Mahir Abbasov Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin edilib.
Digər əmrlə isə Pərviz İbayev Bakı şəhəri, Nizami rayon prokuroru, Baş prokuror Saleh Hacıyev isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunublar.

Qeyd edək ki, bir müddət evvəl Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidovun işdən çıxarılması ilə bağlı xəbər vermişdik. Ramil Məcidov Göyçay rayonunun sabiq icra başçısı Mehdi Səlimzadənin oğlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun isə keçmiş kürəkənidir.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …