Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Zərərli vərdişlər sağlam həyata maneədir” mövzusunda intellektual çempionat keçirilib

“Zərərli vərdişlər sağlam həyata maneədir” mövzusunda intellektual çempionat keçirilib

Masallı rayonunun 8-10-cu siniflərini əhatə edən ümumtəhsil məktəbliləri arasında “Zərərli vərdişlər sağlam həyata maneədir” mövzusunda intellektual çempionat keçirilib. …-ın xəbərinə görə, Azərbaycan Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində Təhsil Nazirliyi və Masallı “ASAN Xidmət” Mərkəzinin təşkilati dəstəyi ilə Breyn Rinq formatında keçən yarış Masallı “ASAN Həyat” kompleksinə aid olan İntellektual İnkişaf Mərkəzində baş tutub. Çempionatda Masallı rayonunun Güllütəpə, Sərçuvar, Köhnə Alvadı, Bala Kolatan, Türkoba, Xıl, Hacıtəpə, Böyük Xocavar, Ərkivan 1 saylı, Miyənkü, Musaküçə və Hişkədərə kəndlərindən ümumilikdə 100 nəfər məktəbli iştirak edib. Yarışda səslənən suallar əsasən zərərli vərdişlər, QİÇS, vərəm və digər keçici xəstəliklər, o cümlədən spirtli içkilərin, tütünün, narkotiklərin insan sağlamlığına vurduğu ziyanlar barəsində olub. Layihənin həyata keçirilməsində əsas məqsəd zərərli vərdişlərin törətdiyi fəsadlar barəsində gəncləri maarifləndirmək, onların yaradıcı və intellektual inkişafına təkan vermək, region məktəblilərinin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb etmək və asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdən ibarət olub. Maraqlı mübarizə şəraitində keçən intellektual çempionatın qalibi Hacıtəpə kənd orta məktəbinin komandası olub. Xıl kənd orta məktəbinin komandası 2-ci, Güllütəpə kənd orta məktəbinin komandası isə 3-cü yerə layiq görülüb. Qaliblər kubok və medallarla təltif edilib.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …