Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Zəlzələ Azərbaycanda mənzil satışına necə təsir edib? – Video

Zəlzələ Azərbaycanda mənzil satışına necə təsir edib? – Video

Azərbaycanda tikilməkdə olan yeni binalarda satılan mənzillərin ya behləri qaytarılır, ya da satış müddəti uzadılır. 

Türkiyədə baş vermiş genişmiqyaslı dağıdıcı zəlzələdən sonra ölkəmizdə yeni tikilən binalara maraq azalıb.

Əmlakçı Mülkədar Rüstəmov deyir ki, 10-15 gün əvvəl yeni tikilən binalarda mənzil axtarışında olanlardan bu gün xəbər yoxdur. Hətta yeni binadan almaq istədiyi mənzil üçün beh verənlər də qərarlarını dəyişiblər.

Müsahibimiz Hüseyin Ələsgərov da yeni binalardan mənzil almaq fikrindən daşınanlar arasındadır. O, istəyinə uyğun mənzil üçün beh verdiyini deyir. Lakin Türkiyədəki hadisələrin təsirindən mənzildən imtina etmək qərarına gəlib. 

Mülkədar Rüstəmov əlavə edib ki, hazırda yeni binalardakı mənzil satışında durğunluq yaranıb. Müştərilərin tələbləri əsasən istismara yararlı köhnə tikililərə və fərdi yaşayış evlərinədir. 

Ekspertlər psixoloji təsirlər nəticəsində son günlər ümumiyyətlə bina evlərinə marağın azaldığını, üstünlüyün yalnız həyət evlərinə olduğunu bidiriblər. Bu səbəbdən də hazırda mənzil bazarında satış üstünlüyü fərdi evlərdədir.

Ətraflı videomaterialda:

https://www.youtube.com/watch?v=7oqV9ryh9Dc

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …