Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Yolun ermənilər tərəfindən sonradan minalanması ehtimalı böyükdür” – Hərbi ekspert

“Yolun ermənilər tərəfindən sonradan minalanması ehtimalı böyükdür” – Hərbi ekspert

“Həmin yolun sonradan ermənilər tərəfindən minalanması ehtimalı böyükdür”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Kəlbəcərdə media nümayəndələrinin minaya düşməsi və hadisə nəticəsində 3 nəfərin həyatını itirməsindən danışarkən deyib. Ekspertin fikrincə, həmin ərazilər işlək yol olub:

“Baş verən hadisələrdə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Fikirimcə, media nümayəndələrini müşayiət edən aidiyyatı qurumlar bu maşını minalanmış və ya təmizlənməmiş ərazi ilə idarə ediblər”. 
Qeyd edək ki, jurnalist, Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov, AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) və yerli icma nümayəndəsi Arif Əliyev Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Hadisə Kəlbəcərin Susuzluq kəndinə gedən yolda qeydə alınıb.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …