Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Yol polisinin uniforması ilə dayanacağa nəzarət edir… (VİDEO)

Yol polisinin uniforması ilə dayanacağa nəzarət edir… (VİDEO)

Sosial şəbəkələrdə yol polisinin uniformasını geyinən bir şəxsin dayanacağa nəzarət etməsini əks etdirən şəkillər yayılıb. Mütəxəssislər isə bunun xoşagəlməz hal olduğunu bildirir. Çünki güc strukturlarının uniformasının başqa şəxslər tərəfindən istifadə edilməsi qadağandır.

Görüntülər Abşeron rayonu ərazisində çəkilib və sosial şəbəkələrdə paylaşılıb. Əynində yol polisinin uniforması olan şəxs dayancağa nəzarət edir. Sarı formanın arxasındakı YPX yazısını görənlər isə çaş-baş qalıb.
Mütəxəssislər isə bunun xoşagəlməz hal olduğunu bildirir. Amma bu şəxs sırf həmin formadan istifadə edərək gəlir əldə etmədiyindən onun hər hansı formada cərimələnməsi mümkün deyil.
Polisdən verilən məlumata görə isə artıq həmin forma o şəxsdən alınıb və müəyyən edilib ki, həmin şəxs psixi qüsurludur. Onun yol polisinin uniformasını necə əldə etməsi isə araşdırılır. (Xəzər TV)


Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …