Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Yol polisi xanım sürücünü bir telefon zənginə buraxdı – VİDEO

Yol polisi xanım sürücünü bir telefon zənginə buraxdı – VİDEO

Bakıda bir telefon zənginə qadın sürücünü buraxan yol polisinin görüntüləri yayılıb.   Milli.az xəbər verir ki, İstiqlaliyyət küçəsində qayda pozduğuna görə yol polisi tərəfindən saxlanılan xanım sürücü qanun keşikçisinin özünü qanunu pozmağa vadar edib.   Yol polisi xanım sürücünü saxlayaraq sənədlərini tələb edir, sürücü isə ona sənəd yox, mobil telefon uzadır. Yol polisi telefonu ondan götürməyərək uzaqlaşsa da, xanım maşından düşərək mobil telefonu israrla polisə verib kiminləsə danışmağa təhrik edir.   Yol polisi isə telefonu alıb xanım sürücünün zəng etdiyi şəxslə danışır və sonra telefonu ona qaytarır, heç bir sənədi yoxlamadan onu sərbəst buraxır.   Həmin mənzərə əvvəldən-axıradək mobil telefonla çəkilib.

 

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın