Ana səhifə / Cəmiyyət / Yevlax sakini müasir silahın sxemini hazırladı (VİDEO)

Yevlax sakini müasir silahın sxemini hazırladı (VİDEO)

Yevlax sakini yeni və müasir silahın sxemini hazırlayıb. Silah 5 kilometr məsafədən canlı və texnikanı məhvetmə gücünə malikdir. Rayon sakini sxemi adiyyəti qurumlara da təqdim edib.

48 yaşlı mühəndis müasir silahın sxemini hazırladı.
Yevlaxın Aşağı Qarxun kənd sakini Vüqar Abdullayev uzun illərdir üzərində çalışdığı ixtiranın sxemini tamamlıyıb. Hərbi Optik Lazer adlanan qurğu 2 nəsildən ibarətdir. Rayon sakininin hazırladığı silah 5 kilometrlik məsafədən canlını və texnikanı məhvetmə gücünə malikdir. Vüqar Abdullayevin iddiasına görə, bir sıra özəllikləri ilə seçiləcək yeni silah dünyada bir ilkdir.
35-50 kq çəkiyə malik olacaq yeni silah hərbi texnikalara quraşdırılmaqla yanaşı, iki əsgər tərəfindən də rahat hərəkət etdiriləcək. Vüqar Abdullayev nanotexnologiya əsasında ərsəyə gələcək silahın hazırlanması üçün maddi dəstəyə ehtiyac olduğunu deyir.
Vüqar Abdullayev hazırladığı silah sxeminiMilli Elmlər Akademiyasına və digər adiyyəti qurumlara da təqdim edib.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …