Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Yevlax MERO-sunun müfəttişi nə işlə məşğuldur?

Yevlax MERO-sunun müfəttişi nə işlə məşğuldur?

Yelmar Həsənov vətəndaşları incitməklə özünə böyük sərvət toplayıb

Ucar rayonu 20 Yanvar küçəsi ev 20 sakini Purqafari Azər Ələsgər oğlu qəzetimizin elektron poçtuna şikayət məktubu göndərib. Vətəndaş deyir ki, camaat arasında MERO kimi tanınan Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin dövlət avtomobil müfəttişi vəzifəsində işləyən polis kapitanı Yelmar Həsənov 62 manat dövlət rüsumu olan avtomobilin öz adından başqa şəxsin adına qeydiyyata aldırması üçün ondan 200 manat alıb: “Bunu sübut edən videoçəkiliş də var. Bunu şikayət ərizəmizi araşdıracaq hüquq mühafizə orqanına təqdim edəcəyik. Belə ki, mənə məxsus olan “Mersedes BENZ” C 180 markalı 10 XD 872 dövlət nömrə nişanlı avtomobilimi Ucar rayon sakini Xəlilov Hüseyn İslam oğluna satdım və onun adına qeydiyyata aldırmaq üçün 15 sentyabr 2015-ci il tarixdə Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinə getdik. Orada 6 nömrəli otaqda əyləşən dövlət avtomobil müfəttişi polis kapitanı Yelmar Həsənov bizə bildirdi ki, avtomobiliniz bankda girovdadır. “Bunun xərci çoxdur” deyib bizdən 230 manat istədi. Pulumuzun az olmasını 15 manat da yol pulu saxlamaq lazım olacağını dedikdən sonra ona 200 manat verdik. Bu pulu alıb bizə minnət də qoyub dedi ki, 200 manata həm avtomobilin qeydiyyatını dəyişdim, həm də texniki baxış etdim. Həmçinin avtomobilin 50 manat cəriməsi olduğunu da deyib onu kassaya ödətdirdi. Bütün bu prosesləri videolentə aldıq ki, bu vəzifəli şəxsin barəsində qanunu tədbir görsünlər. Çünki Yelmar Həsənov orada 6 nömrəli kabinetdə oturub bu minvalla camaatın “problemlərini” həll edir. Hər gün külli miqdarda pul qazanır.Yeddi rayonu əhatə edən Yevlax RQİ və TBŞ-yə hər gün yüzlərlə insan gəlir. Onlar bu formada incidilir. Deyirlər ki, Yelmar Həsənovun 100.000 manatdan baha olan avtomobili, Yevlax rayonunda şadlıq evləri, ticarət mərkəzləri fəaliyyət göstərir. Ancaq hesablansa, onun özünün gün ərzində 6 nömrəli kabinetdə qazandıqlarının miqdarı həmin obyektlərin qazancından qat-qat çoxdur. Bunu onun kabinetinin qarşısında növbəyə duran insanların sayı ilə hesablamaq kifayətdir. Biz bu cinayət faktı barədə prezidentə, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Daxili İşər Nazirliyinə və digər aidiyyətı orqanlara şikayət ərizələri ilə müraciət edəcəyik. Əlimdə olan görüntüləri də aidiyyəti orqanlara təqdim edəcəm. Bu şəxsin fəaliyyətinin araşdırılıb tədbir görülməsində zərurət var”. Məsələyə qarşı tərəflə aydınlıq gətirmək istəsək də, cəhdlərimiz nəticə vermədi. Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin rəis müavini Mədət müəllim zənglərimizə cavab vermədi. İnanırıq ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi qanunları pozan şəxslə bağlı ölçü götürəcək.

Qarşı tərəfi də dinləyə bilərik.

(Ardı var)

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın