Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Yeni Üfüq” Qurban bayrımını yenə də cəbhədə keçirdi – FOTOLAR

“Yeni Üfüq” Qurban bayrımını yenə də cəbhədə keçirdi – FOTOLAR

Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Müqəddəs Qurban bayramı münasibəti ilə Ağdam-Tərtər rayonları ərazisində məskunlaşan məcburi köçkünləri, şəhid, qazi ailələrini, eləcə də cəbhə xəttində xidmət edən əsgər və zabitləri ziyarət edib.
Birlikdən verilən məlumata görə, görüş zamanı təşkilatın sədri Sevinc Əzimbəyli Ağdamda, Tərtərdə qazilər və şəhid ailələri ilə mütəmadi görüşlər keçirildiyini qeyd edib: “Hər il olduğu kimi bu ildə təşkilatımız müqəddəs Qurban bayramı münasibətilə xeyriyyə aksiyaları həyata keçirir. Bu ilki aksiyamıza qardaş Türkiyənin Azərbaycandakı səfirliyini Dini işlər üzrə müşavirliyi dəstək verib. Bu dəstəyə görə təşkilatımız adından qardaş Türkiyə dövlətinin Bakıdakı səfirliyinə, eləcə də Dini işlər üzrə müşavirliyə öz təşəkkürümüzü bildiririk. Allah qarşıdakı illərdə müqəddəs bayram münasibətilə qurbanlarımızı azad olunan Qarabağ torpaqlarında kəsməyi nəsib eləsin! Əminik ki, dövlətimizin Qarabağla bağlı apardığı uğurlu siyasətin nəticəsi olaraq tezliklə torpaqlarımız işğaldan azad olunacaq”.
Sonra görüşdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, hər bir ölkə vətəndaşı Qarabağ probleminin həllində dövlətin yanında olmalıdır: “Bu gün biz hərbi hissələrə, əsgər və zabitlərimizin görüşünə böyük ruh yüksəkliyi ilə gəlirik. Çünki hər bir azərbaycanlının ürəyində tezliklə işğal olunan torpaqlarımıza qayıdacağımıza əminlik hissi var. Bir daha ümidvaram ki, Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ torpaqları məhz qüdrətli Azərbaycan Ordusunun sayəsində işğaldan azad ediləcək”.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və rayon rəhbərliyi iştirak edib. M.Məmmədov çıxışı zamanı bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tarixi yurd-yuvalarımızda şanlı zəfərimizi qeyd edəcəyik.
Həmçinin aksiya çərçivəsində “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin dəstəyi ilə Tərtər rayonunda N saylı hərbi hissədə qurbanlar kəsilib. O cümlədən tədbir iştirakçıları əsgər və zabitlərlə birgə nahar edərək bayramı qeyd ediblər.
Qeyd edək ki, bayramın növbəti günündə “Yeni Üfüq” “Qurban aksiyası”nı Bakı şəhərində davam etdirib. “Ovqat- AB” şirkətinin dəstəyi ilə 100-ə yaxın şəhid, qazi və aztəminatlı ailələrə qurban payı verilib. “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri S.Əzimbəyli “Qurban aksiyası”na verdiyi dəstəyə görə “Ovqat- AB” şirkətinin rəhbərliyinə öz təşəkkürünü bildirib.
Azinforum.az

 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …