Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / “Yeni Üfüq” növbəti Ramazan aksiyasını keçirib – FOTOLAR

“Yeni Üfüq” növbəti Ramazan aksiyasını keçirib – FOTOLAR

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Ramazan ayı boyunca Bakıda xeyriyyə aksiyalarını uğurla davam etdirir.
Birlikdən verilən məlumatına görə, təşkilatın rəhbərliyi bu gün Qarabağ qazilərini və şəhid ailələlərini ziyarət edib. Görüşdə təşkilatın sədri Sevinc Əzimbəyli və Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, qəhrəman Qarabağ qazilərinin və şəhid ailələrinin üzərimizdə ən çox haqq sahibləri olduqlarını bildirib.
C.Əzimbəyli tezlik doğma Qarabağ torpaqlarının azad olunacağına əminliyini ifadə edib: “Çox istərdim ki, “Ovqat”-AB şirkətinin rəhbərliyi kimi digər şirkətlər və imkanlı şəxslər şəhid, qazi ailələrini, həmçinin imkansız insanları bu Ramazan ayında sevindirsinlər”.
Birliyin sədri Sevinc Əzimbəyli xeyirxah aksiyanın həyata keçirilməsində onlara göstərdiyi dəstəyə görə “Ovqat”-AB şirkətinə öz minnətdarlığını bildirib.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov diqqət və qayğıya görə təşkilatın rəhbərliyinə təşəkkür edib və bildirib ki, heç vaxt  şəhid və qazi ailələrini unutmursunuz.

Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firuddin Məmmədov isə “Yeni Üfüq”ün hər zaman şəhid və qazi ailələrinə hər zaman ehtiramla yanaşdığını söyləyib.
Onu da qeyd edək ki,”Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Ramazan ayı boyunca fərqli ünvanlarda xeyriyyə aksiyalarını davam etdirir.
Azinforum.az

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …