Ana səhifə / Cəmiyyət / Yeni parlamentin ilk iclasına Zeynəb Xanlarova sədrlik edəcək

Yeni parlamentin ilk iclasına Zeynəb Xanlarova sədrlik edəcək

Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələrinə görə, 776 namizəd arasından 125 mandatı qazananların siyahısı açıqlanıb.

Modern.az saytı 125 qalib arasında ən cavan və ən qoca deputatın kim olduğunu müəyyənləşdirib.

Milli Məclisə seçilən ən cavan deputat hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüNaqif Həmzəyevdir. 1983-cü il təvəllüdlü (32 yaş) Naqif Həmzəyev 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin seçicilərini növbəti 5 il müddətində parlamentdə təmsil edəcək.

Milli Məclisin ən qocaman deputatı isə xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-ci il təvəllüdlü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib.

Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Beləliklə, Zeynəb Xanlarova V çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcək və onun təklifi ilə Hesablayıcı Komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra sədr seçilir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın