Ana səhifə / Cəmiyyət / YENİ PARLAMENT MÜXALİFƏTİNİN TƏRKİBİ BİLİNDİ! – 13 partiyaya yer ayrılır (Siyahı)

YENİ PARLAMENT MÜXALİFƏTİNİN TƏRKİBİ BİLİNDİ! – 13 partiyaya yer ayrılır (Siyahı)

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində növbəti Milli Məclisdə kimlərin təmsil olunacağı – 125 deputat mandatının sahibləri, demək olar ki, artıq indidən məlumdur.

Bununla bağlı Strateq.az-a ötürülən siyahıda həm YAP-dan, həm bitərəflərdən, həm də müxalifət partiyalarından kimlərə yer ayrılacağı və mandat alacaq şəxslərə hökumət içərisindən kimlərin zəmanət verdiyi haqda dəqiqləşdirməyə ehtiyac duyulan ciddi nüanslar olduğundan, hələlik onu tam şəkildə dərc etmirik. Ancaq siyahıda ən diqqətçəkən məsələlərdən biri növbəti parlamentdə YAP-dan sonra mandat tanınacaq və dövlət büdcəsindən maliyyələşməsi təmin ediləcək partiyalarla bağlı olduğundan, onu ixtisarla yaymaq qərarına gəldik.

Beləliklə, bizdə olan məlumata görə, hakimiyyət bu seçkidə aşağıdakı partiyaların mandat qazanmalarına maneçilik törətməyəcək:

Ana Vətən Partiyası (AVP) – Fəzail Ağamalı
Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) – Araz Əlizadə
Azərbaycan Liberal-Demokrat Partiyası (ALDP) – Fuad Əliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev (prosesin gedişindən asılı olaraq, daha 1 yer verilə bilər)
Böyük Quruluş Partiyası (BQP) – Fazil Mustafa
Demokratik İslahatlar Partiyası (DİP) – Asim Mollazadə
Demokratik Maarifçilik Partiyası (DMP) – Elşən Musayev
Ədalət Partiyası – İlyas İsmayılov
Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) – Fərəc Quliyev
Sosial Rifah Partiyası – Xanhüseyn Kazımlı
Vəhdət Partiyası – Tahir Kərimli
Vətəndaş Birliyi Partiyası (VBP) – Sabir Hacıyev
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – Fəzail İbrahimli və Rəfail Hüseynov

Qeyd edək ki, yaxın 3 gün ərzində Xalq Partiyasının sədri Pənah Hüseyn və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin də “deputatlıq talelərinə” aydınlıq gətiriləcəyi gözlənilir: hər iki şəxslə bağlı konkret qərarın olmadığı deyilir.

Strateq.az

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın